Zəngəzur dəhlizi ideyasının özəl tarixi vardır. Belə ki, ötən əsrin yetmişinci illərində türk dünyasının düşmənlərindən biri olan, millətçi Z.Balayan özünün “Ocaq” adlandırdığı bədnam cızmaqarasında Zəngəzurun alınmasını zəruri sayıb və buradan keçən yolu “Turan yolu” adlandırıb. Eyni zamanda, son zamanlar Ermənistan mediası yazır ki, ötən əsrin 70-80-ci illərində Heydər Əliyev Siyasi Büronun üzvü olan zaman inşasına başlanılan və Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolu türklərin Böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyırdı. Lakin Dəmirçiyanın (Ermənistan KP MK katibi) etirazlarından sonra layihə dayandırıldı. Lakin Azərbaycan məqsədinə indi çatdı”. Ermənilərin bu fikri təsadüfi söylənilən məsələ deyil, çünki Prezident İlham Əliyev Zəngəzur dəhlizini bərpa etməklə bərabər, həm də ata vəsiyyətini yerinə yetirir. Zəngəzur dəhlizinin açılmasının xüsusi əhəmiyyətini Prezident İlham Əliyev hələ 12 il bundan öncə, 3 oktyabr 2009-cu il tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. O bildirmişdi ki, vaxtilə Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi türk dünyasının coğrafi parçalanması demək idi. Çünki qədim Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən körpü rolunu oynayırdı. Buradan keçəcək nəqliyyat, kommunikasiya və infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Bu dəhlizinin açılmasının hüquqi bazasını 10 noyabr 2020-ci tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat təşkil edir. Bəli, Cənab Prezidentimizin dediyi kimi: “Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır.Dünya aviasiya sistemində qaydalar var və mövcud dəhlizdən istifadə etmək olar. Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirərək Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Zəngəzur dəhlizi sadəcə olaraq dəmir yolu deyil. Bu dəhlizdən həm dəmir yolu keçəcək, həm də avtomobil yolu keçəcək. Gələcəkdə oradan Naxçıvana elektirik xətləri çəkiləcəkdir. Sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Aparılan siyasət nəticəsində “Zəngəzur dəhlizi” termini beynəlxalq leksikona da daxil edilib.
Beləliklə qədim yurd yerimiz olan Zəngəzur yenidən böyük türk dünyasının birləşməsi rolunu oynayacaq. Layihə həm tarixi aspektdən, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də siyasi-iqtisadi baxımdan türk dövlətlərinin güclənməsini, beynəlxalq və regional siyasi-iqtisadi proseslərdə rolunun və iştirakının daha əhəmiyyətli təsirə malik olmasına xidmət edəcək.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Nəzakət Əzizzadə
Beləliklə qədim yurd yerimiz olan Zəngəzur yenidən böyük türk dünyasının birləşməsi rolunu oynayacaq. Layihə həm tarixi aspektdən, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də siyasi-iqtisadi baxımdan türk dövlətlərinin güclənməsini, beynəlxalq və regional siyasi-iqtisadi proseslərdə rolunun və iştirakının daha əhəmiyyətli təsirə malik olmasına xidmət edəcək.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
tarix müəllimi Nəzakət Əzizzadə