Azərbaycan və Ermənistan tərəfləri öz aralarındakı sülhü bərqərar etməli, bölgədə suverenliyə hər iki tərəf nail olmalıdır

Azərbaycan və Ermənistan tərəfləri öz aralarındakı sülhü bərqərar etməli, bölgədə suverenliyə hər iki tərəf nail olmalıdır
İlham Əliyevin müxtəlif siyasi arenalarda göstərdiyi səriştə artıq bütün dünyaya məlumdur. 18 fevralda baş tutan Münxen Təhlükəsizlik Konfransı vasitəsilə Azərbaycanın, Ermənistanın və Gürcüstanın rəhbərləri eyni zamanda bir platformada görüşmək imkanını ilk dəfə əldə etmişdirlər.
Konfransda vurğulanıb ki, Azərbaycan xalqına müharibənin gətirdiyi əziyyət və fəsadların digər regionlarda da yaşanması arzu olunan deyil. Bu səbəbdən də Avrasiyada sülhün bərqərar olması əsas qayələrimizdəndir. Eyni zamanda Azərbaycan və Ermənistan tərəfləri öz aralarındakı sülhü bərqərar etməli, bölgədə suverenliyə hər iki tərəf nail olmalıdır. Prezident İlham Əliyev eyni zamanda ən zəruri məsələlərdən birinə diqqət yetirərək bildirmişdir ki, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid artıq yoxdur və bu ifadənin istifadə olunması yanlışdır. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonunun mövcudluğunu biz də təsdiqləyirik və burada yaşayan əhalinin təhlükəsizliyinə və hüquqlarının qorunmasına təminat veririk.
Cənab Prezident İlham Əliyev eyni zamanda keçən 30 il ərzində Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə və hüquqi vəziyyətinə olan təcavüzdən danışaraq bildirib ki, qarşı tərəf istər BMT-nin qətnamələrini, istərsə də digər hüquqi sənədləri heçə sayaraq baş verən müharibə zərurətini özləri yaratmışdırlar. Bütün bu hadisələrdən sonra baş verən müharibə iki tərəfin də ağır itkilərinə səbəb olmuş, Azərbaycan xalqı 3000 həyatı bu yolda qurban vermiş, eyni zamanda keçən müddət ərzində xarabalığa çevrilmiş bir regionla üz-üzə qalmışdır.
10 Noyabr kapitulyasiya aktından da söz açan Cənab Prezident İlham Əliyev Azərbaycan tərəfinin Qarabağdakı erməni icması ilə təmasa keçməyə hazır olduğunu bildirmiş, həmin şəxslərin Azərbaycan vətəndaşı olduğu və hər bir ölkə vətəndaşı kimi suveren hüquqlarla təmin ediləcəyini bildirmişdir.
İllərlə münaqişənin həllində heç bir nəticəyə nail ola bilməyən Minsk qrupu barədə də danışılıb və həmsədrlər tərəfindən təşkil olunan bu platformanın vacibliyi vurğulanmışdır. Eyni zamanda platformada iştirak etməyən Fransa tərəfinin birtərəfli mövqeyi də bildirilmişdir. İki tərəfin razılaşma əldə etməsində yaranan problemlər, münaqişənin illərlə donmuş vəziyyətdə davam etməsi və Ermənistan və havadarları tərəfindən vəziyyətin belə qalmasına çalışılması gizlədilə bilməyən həqiqətlərdi.
Prezident İlham Əliyev Azərbaycanda yetişən vətənpərvər ruhlu gənc nəsildən, onların vətənə bağlılıqlarından söz açaraq arxasında böyük bir xalqın olduğunu dünya ictimaiətinə çatdırmışdır.
Görüşdən sonra həm Nikol Paşinyan, həm də İlham Əliyev görüş barədə fikirlərini jurnalistlərə bildirmişlər. İlham Əliyev bildirmişdir ki, konfransdan sonra yeni rallıqlar üzə çıxmışdır, lakin Azərbaycan bu reallıqlarla üz-üzə qalmağı, bütün hallarda öz möqeyini qoruyub saxlamağı bacaracaqdır. Siyasi tarix sübut edir ki, görüşlərdə liderlərin mövqeyi və davranışı nümayəndəsi olduğu xalqın mövqeyi və davranışının təzahürüdür.

Balaxanı qəsəbəsi, 69 saylı məktəbin
tarix müəlliməsi Xəyalə Əsgərli


Oxşar xəbərlər