Tarixə nəzər salsaq aydın olur ki, tarixi Azərbaycan torpaqlarında digər ölkələrdən köç edərək məskən salan ermənilər çoxaldıqca kompakt yaşadıqları ərazilərdən Azərbaycanlıları müxtəlif dövrlərdə müxtəlif üsullarla sıxışdırıb çıxartmaq və özlərinə dövlət yaratmaq siyasəti ilə məşğul olublar. Çox təəssüf ki, buna nail ola biliblər və hətta yaratdıqları Ermənistan respublikası ərazisi ilə kifayətlənməyib, Qarabağımızı və ətraf rayonlarımızı işğal ediblər...
2020 – ci ildə tarixə qızıl hərflərlə yazılan 44 günlük “Zəfər Tariximiz” regionda yeni reallıqlar yaratdı, Azərbaycan öz tarixi torpaqlarına qovuşdu. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin, cəsur Azərbaycan əsgərinin şücaəti və eyni zamanda ümumxalq birliyi düşməni diz çökdürməyə və kapitulyasiya aktını imzalamağa vadar etdi. Azərbaycan dövlətinin apardığı əks hücum əməliyyatı torpaqlarımızın işğaldan azad olması ilə paralel Ermənistan ordusunu darmadağın etməklə, onun iqtisadiyyatını da çökdürdü.Ərazilərimizin işğaldan azad olunmasından sonra cari ilin 7 iyul tarixində Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərmanla Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradıldı. İqtisadi ərazilərin dəyişməsi yeni reallıqlar ortaya qoyur, regionda yeni sülhsevər baxışların meydana gəlməsinin zərurət olduğunu ortaya qoyur. Təbii ki, yeni sülh danışıqlarının aparılması və yeni şərtlərin irəli sürülməsi qalib ölkə olan Azərbaycana məxsusdur və Cənab Prezidentin dediyi kimi bundan sonra bölgədə söz sahibi olaraq bizim diqtəmiz keçərli olacaq, hərçənd ki, Azərbaycan sülhü dəəstəkləyərək daima münaqişənin də sülh yolu ilə həllinə həmişə can atırdı. Elə bu reallıqlar da ona əsas verir ki, regionda sülhün bərqərar olmasının qarantı Azərbaycandır...
Azərbaycan tolerant ölkədir, burada bütün dinlərə hörmətlə yanaşılır və kifayət qədər hər bir etnik millətə məxsus dini ibadət məkanları inşa edilib. Bütün etnik millətlər ölkəmizdə tam azad bir şəraitində yaşayırlar. Eyni zamanda Azərbaycanda 30 minə yaxın erməni yaşayır və nəzərə alsaq ki, bu sayın 25 mini Qarabağda yaşayan ermənilərə məxsudur, onlar da Azərbaycan vətəndaşı olaraq fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqlara, imtiyazlara və öhdəliklərə malikdirlər. Lakin status məsələsinə qayıtmaq mümkün deyil və ermənilər bu məsələyə heç vaxt qayıtmamalıdırlar.
Birgəyaşayış regionda sağlam gələcəyin qarantı ola bilər və bu qaçılmazdır. Eyni zamanda birgə iqtisadi layihələr daha geniş imkanlar yaradaraq regionda sülhün möhkəmlənməsinə kömək edəcək.
Sabunçu qəsəbəsi, 215 nömrəli tam orta məktəbin
direktoru Cavad Mustafayev