Zəfər tariximiz dünya ölkələrinin marağındadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi ispandilli KİV-lərin diqqət mərkəzindədir. Prezident 02.10.2021-ci il tarixli öz dolğun müsahibəsində bütün məqamlara aydınlıq gətirib.
İlham Əliyev öz müsahibəsində 44 günlük müharibədən sonra “sülh sazişi üzərində işləmək” üçün Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar masası arxasında əyləşməyə hazır olduğunu bildirib.
“Bizim mövqeyimiz müharibə bitəndən sonra da dəyişilməz olaraq qalır. Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik, həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik”. 2020-ci ilin sentyabr - noyabr aylarında gedən müharibədə qalib tərəf olan Azərbaycan bu təşəbbüsləri dəfələrlə xatırlatmasına baxmayaraq hələ də qarşı tərəfdən müsbət cavab almayıb. İlham Əliyev müsahibəsində bildirmişdir ki, 30 illik danışıqlar ərzində Azərbaycanın mövqeyi konstruktiv olmuşdur. Biz Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünü idarəetmə verməyə hazır idik. Amma Ermənistan bunu rədd edərək “Dağlıq Qarabağ”a müstəqillik tələb edir. İlham Əliyev Azərbaycanın mövqeyinin dəyişməz olduğunu və danışıqlara hər zaman hazır olduğunu bildirmişdir. Ermənilərin revanşizm cəhdlərini nümayiş etdirməsi hər birimizə məlumdur.
Avropaya qazın nəqli ilə bağlı bir sıra suallara cavab olaraq Prezidentimiz bildirmişdir ki, artıq Avropa istehlakçılarına göndərdiyimiz qazı müqavilə əsasında satmışıq, əgər tələbat olarsa yenidən danışıqlara başlayıb yeni müqavilə bağlamalıyıq.
İlham Əliyev bildirib ki, Azərbaycanda müharibə dövründə saxlanılan əsirlər geri qaytarılmışdır, saxlanılanlar müharibə bitdikdən sonra bizim ərazimizə keçənlərdir. Onlar dekabrda saxlanılıb. Yenə də onlardan bəzilərini qaytarmışıq.
Minalanmış ərazilər barədə də sualı cavablandıran Prezident bu mövzuda da Ermənistanın xəyanətkar mövqedə olduğunu bildirirərək qeyd edib ki, qarşı tərəfin xəritələri verməməsi nəticəsində 150-dən çox mülki vətəndaş və hərbiçimiz həlak olub və yaxud ağır dərəcəli bədən xəsarəti alıb. Bu yaxınlarda təqdim olunan xəritələrin isə dəqiqliyi 25 faizdir.
Prezident İlham Əliyev bu halların aradan qaldırılacağı təqdirdə qarşı tərəfə adekvat cavab verəcəyini bildirmişdir. Danışıqlara hər zaman hazır olduğunu dəfələrlə vurğulamışdır.
Bütün sualları açıq şəkildə cavablandıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin humanist siyasəti hər mövzuda hiss olunur. Bu uğurlu, uzaqgörən siyasət zaman-zaman Azərbaycan üçün öz bəhrəsini verməkdədir.
Prezident İlham Əliyev bir daha təkrar edib ki "Qarabağın statusu məsələsi gündəlikdə yoxdur və olmayacaq".
Ramana qəsəbəsi, 137 nömrəli tam orta məktəbin
tarix müəllimi Abdullayeva Gülzar