XXI yüzillikdə müharibələrin hibrid xarakter daşıdığına, cəbhədə vuruşan əsgərin gücü ilə mediada təqdim olunan məlumatların mütənasib olduğuna II Qarabağ müharibəsi zamanı bir daha şahid olduq. Hər kəsə məlumdur ki, müharibənin gedişində dünyaya Ermənistanın verdiyi dezinformasiyalar fonunda İlham Əliyevin xarici mətbuata verdiyi müsahibələr haqq səsimizin çatdırılması istiqamətində, eyni zamanda qələbədə necə əhəmiyyətli rol oynamışdır. Artıq müharibədən bir ilə yaxın zaman keçməsinə baxmayaraq cənab İlham Əliyev bu sahədə olan fəaliyyətinə davam etməkdədir. Keçdiyimiz günlərdə Rusiyanın “ Nasionalnaya oborona “ jurnalına verdiyi müsahibədə prezident İlham Əliyev II Qarabağ müharibəsinin başlanmasına qədər olan proses, müharibənin başlanma səbəbləri, gedişatı və nəticələri barədə geniş məlumat vermiş, qaranlıq qalan bir çox məqamlara aydınlıq gətirmişdir. İlham Əliyev “ dəmir yumruq ” əməliyyatı ilə bağlı verilən suala açıqlamasında əməliyyat planının illərdir hazırlandığını, müharibə şəraitində olan ölkənin belə bir planı əvvəlcədən hazırlamasının normal olduğunu, lakin əməliyyatın adının müharibənin gedişində onun xalqa müraciətlərində istifadə etdiyi “ dəmir yumruq “ ifadəsinin xalq tərəfindən mənimsənilməsi və rəğbətlə qarşılanması səbəbi ilə belə seçildiyini açıqlayıb. O eyni zamanda əməliyyatların gedişində dəyişiklərin edildiyini, hər gün müvafiq qurumlarla günün müzakirələrinin aparıldığını, əməliyyatlara birbaşa özünün komandanlıq etdiyini və yaxından izlədiyini bildirib. İlham Əliyev həmçinin müharibənin başlanılması səbəblərindəndə danışıb, o bildirib ki, bundan əvvəl 2016-cı il Aprel döyüşləri zamanı, 2018-ci il may hadisələri zamanı və 2021-ci il iyul hadisələrində, eləcədə bundan əvvəl illərdir baş vermiş təxribat halları zamanı Azərbaycan tərəfi hər zaman məsələyə humanist yanaşmış, baş verən münaqişələr sülh yolu ilə həllini tapmışdır. Ermənistan tərəfinin bunu başqa cür alqılaması “ Qarabağ Ermənistandır və nöqtə “ açıqlaması, Amerikada verdikləri müsahibədə açıq aşkar yeni ərazilərə olan iddiaları və bu istiqamətdə atdıqları uğursuz addımları məsələnin müharibə yolu ilə həllindən başqa çarə qoymamışdı. Müharibəyə hazırlıq prosesindən də danışan İlham Əliyev bildirib ki, illərdir bu istiqamətdə ciddi işlər görülmüşdür, ölkədə ordu quruculuğu sahəsində ciddi addımlar atılmasından, 10 il əvvəldən İsraildən pilotsuz uçuş aparatlarının alınmasından, Türkiyə ilə olan hərbi əməkdaşlıqdan da söz açıb, ən əsası isə Azərbaycanın Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dəniz piyadalarının və digər dövlət təhlükəsizlik orqanlarının xüsusi təyinatlılarının hazırlıq səviyyəsindən, onlara olan inamından və bu inamın boşa getməməsindən danışıb və
qələbənin hər bir Azərbaycanlının əməyi olduğunu bildirib. Jurnalistin İlham Əliyevin müharibə dönəmində göstərdiyi təmkin, iradə və siyasi səriştəsi ilə bağlı verdiyi suala bunun xarakteri ilə əlaqədar olduğunu cavab verən İlham Əliyev müharibənin gedişində emosiyalarını maksimum məhv etməyə çalışdığını bildirib. Baş verən terror hadisələri, mülki vətəndaşların ölüm halları zamanı yarana biləcək emosional halları kənara qoyaraq heç bir halda Ermənistanada mülki vətəndaşların ölməsinə rəvac ola biləcək addımların atılmasını qadağan etdiyini də müsahibəsində İlham Əliyev vurğulayıb.
Müharibənin gedişi barədə danışan İlham Əliyev hər bir məntəqənin azad olunma prosesi haqqında danışıb və o bildirib ki, Ermənistan Azərbaycan tərəfinin hansı tərəfdən gələcəyini belə təxmin etməkdə çətinlik çəkir, öz əhalisinə yalan məlumatlar verirdi. Hadrud əməliyyatı zamanı baş verənləri xatırlayan İlham Əliyev Ermənistanın özünün belə bu ərazinin götürüldüyünə inanmadığını, öz əhalisini aldatdığını eyni zamanda digər əməliyyatlarda da eyni hadisələrin baş verdiyini bildirib. İşin kuliminasiya nöqtəsinin isə Şuşa əməliyyatı olduğunu, Şuşanı almaq üçün Azərbaycan oğullarının necə şücaət göstərdiyini, hansı mürəkkəb şəraitdə əməliyyatların getdiyini bildirib. Məhz bundan sonra Azərbaycan tərəfinin müharibə başlayandan təklif etdiyi ərazilərin boşaldılması tarixinin açıqlanması, məğlubiyyətin qəbul edilməsi şərti ilə müharibənin dayandırılması təklifinin Ermənistan baş naziri Paşınyan tərəfindən Rusiyanın vasitəçiliyi ilə qəbul etdiyini də bildirən İlham Əliyev onuda bildirib ki, qarşı tərəfin bunu qəbul etməməkdə göstərdiyi israr, mənasız müqavimət iki tətəfdən də minlərlə günahsız insanın ölümünə səbəb olmuşdur və bütün baş verənlərdə Ermənistan təqsirkardır. İlham Əliyev Ermənistanın kapitulyasiya aktını imzalamasından və müharibənin bitməsindən sonra Dağlıq Qarabağda görülən quruculuq işləri, layihələr barədədə söz açaraq, illərdir bu ərazilərin erməni vəhşiliyinə məruz qaldığı, bölgənin çox ağır şəraitdə olduğunu bildirilib. İlham Əliyev Şuşada keçirilən “ Xarı Bülbül “ festivalı haqqında da danışaraq bu festivalda Azərbaycanda yaşayan hər bir millətin nümayəndəsinin iştirak etdiyini və bunu xüsusi olaraq özünün belə fikirləşdiyini bildirərək, fikrini belə əsaslandırıb ki, bu birgə qələbənin simvolu, çoxmillətli olan Azərbaycanda olan tolerant həyatın nümayişi idi. Buna rəvac yaradan səbəb isə dünya mediasında Ermənistan tərəfinin formalaşdırdığı Azərbaycanda diktator hakimiyyəti ilə bağlı fikirlər və burada erməni xalqına ola biləcək təziqlərlə bağlı əsasız təbliğat idi. Biz bir daha nümayiş etdirdik ki, Azərbaycan bu qələbəni elə bu birliyi nəticəsində qazanmışdır. İlham Əliyev müharibənin gedişində Rusiyanın rolu, atdığı addımlar və hal-hazırdaki əlaqələr barəsində də söz açıb. Ümumiyyətə müsahibədə demək olar ki, II Qarabağ müharibəsi ilə bağlı bütün məsələlərə, eyni
zamanda müharibədən sonraki vəziyyət və bundan sonra nələr gözlənilməsi ilə bağlı geniş məlumat verilib. Ən bəyəndiyim məqam isə İlham Əliyevin hər dəfə Azərbaycan tərəfinin humanist addımlar tərəfdarı olduğunu bildirməsi, illərdir atdığı addımları nümunə göstərərək fikrini əsaslandırması, müharibənin Ermənistanın seçimi olduğunu sübut etməsi idi. Digər bir məqam isə İlham Əliyevin “ heç kəs şübhə etməməlidir ki, bəzi əməliyyatlara Ermənistan tərəfi dözümlülük göstərdi və heç bir halda düşməni lazımınca qiymətləndirməmək, onun ləyaqətini alçatmaq və azaltmaq olamaz “ fikirini səsləndirməsi idi. Firikləşirəm ki, bir çoxlarının əksinə olaraq İlham Əliyev bu fikri səsləndirməklə qələbənin heç də asan başa gəlmədiyini bir daha təstiqləmiş, hansı ağır şəraitdə ordumuzun bu sevincləri bizə yaşatdığını nümayiş etdirmiş oldu. Güclü siyasətçi, edilən güclü siyasi manevrlər, təbliğat məsələnin əsas tərkib hissəsidir və bu yolda İlham Əliyevin istər müharibə əsnasında, istərsə də bugün verdiyi müsahibələr güclü əsgərin güclü ali baş komandanı olduğunu təstiq edir.
Balaxanı qəsəbəsi¸69 saylı tam orta məktəbin
tarix müəllimi Xəyalə Əsgərli