Azərbaycan özünü dünyada güclü idman dövləti kimi təsdiqləyib və bütövlükdə ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir. Sirr deyil ki, Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib ölkədir. Uzun illərdir ki, Azərbaycanda mötəbər idman yarışları keçirilir, idman uğurla və sürətlə inkişaf edir. Bu artıq faktdır ki, ölkəmiz dünyada idman ölkəsi kimi tanınır və idman respublikamızda dövlət siyasətidir. İdmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.
Azərbaycan idmançıları uzun illərdir mötəbər yarışlarda qalib gəlməklə, dövlət himnini səsləndirməklə, bayrağımızı ucaltmaqla ölkəmizi dünyada təbliğ edirlər. Bu günün idmançıları beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edir. Azərbaycan sadəcə beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılıq örnəyi ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib. Azərbaycanda keçirilən beynəlxalq idman yarışlarına birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını, “Formula-1”i nümunə olaraq göstərmək olar. Heç şübhəsiz ki, beynəlxalq səviyyəli mötəbər idman yarışlarının keçirilməsi üçün məkan kimi Azərbaycanın seçilməsi təsadüfi deyil. Burada isə iqtisadi gücünü artıran və qlobal əməkdaşlığa sanballı töhfələr verən ölkəmizin dünya miqyasında nüfuzunun artması, respublikadakı davamlı sabitlik kimi amillər mühüm rol oynayır. Onu da əlavə etmək lazımdır ki, idmanın inkişafı ardıcıl xarakter daşıdığı Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və abadlıq işləri həyata keçirilməkdədir. Təsadüfi deyildir ki, azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Perspektivdə Azərbaycan və dünya ictimaiyyəti Ağdamda, Şuşada və başqa yerlərdə beynəlxalq idman yarışlarının şahidi olacaq. Heç şübhəsiz ki, azad edilmiş ərazilərdə beynəlxalq idman yarışlarının keçirilməsi də çox böyük tarixi əhəmiyyətə malik olacaq.
Nəcibə Hüseynova – Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru