“İdman sağlamlığın rəhnidir” – deyib müdriklərimiz. İdmanın insan orqanizminə müsbət təsiri barədə hamımız ətraflı məlumata sahibik.
Biz dəfələrlə idmançıların ölkəmizi müxtəlif arenalarda təmsil etməsinin şahidi olmuşuq. Azərbaycanda idmanın bir çox növləri inkişaf etmişdir. Bunlardan biri də milli idman növü olan güləşdir. Güləş idmanın bütün növləri arasında xüsusi yerə malikdir. Bütün dövrlərdə güclü güləşçilərimiz olmuşdur. Güləşin ənənələri Azərbaycanda kifayət qədər güclüdür və gənc nəsil bu ənənəni davam etdirir.
17 martda Bolqarıstanda keçirilmiş 7-ci Avropa çempionatında da gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atmışdılar. Yarışda idmançılarımız 7-si qızıl olmaqla 16 medal qazanmışdı. Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülmüşdü. Avropada birincilik qazanmaq özü böyük nailiyyətdir.
Ümumiyyətlə, idman Azərbaycanın dövlət siyasətidir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Beynəlxalq yarışlarda, Olimpiya oyunlarında ölkələrin reytinqlərinə nəzəq salsaq, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha böyük uğur qazanırlar. Xalqımızın və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır. Əbəs yerə deyilməyib ki, sağlam bədəndə sağlam ruh olar. Məhz bu gün sağlam ruhlu gənclərimizin sayəsində ölkəmiz müxtəlif beynəlxalq və siyasi arenalarda öz sözünü demişdir. 44 günlük Vətən müharibəsində idmançılarımızın göstərdiyi şücaət buna bariz nümunədir. Hətta onlardan bəziləri ən yüksək məqama-şəhidliyə yüksəlmişdilər.
Bu gün işğaldan azad olmuş torpaqlarımızda da idman sahələrinin inkişafı istiqamətində işlər görülür. Əminəm ki, idmançılarımız gələcəkdə də daha yüksək qələbələrə imza ataraq ölkəmizi layiqincə təmsil edəcəklər.
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
fiziki tərbiyə müəllimi Rövşən Əliyev