Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır

Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan beynəlxalq idman arenasında artıq özünə layiqli yer tutub. İstər beynəlxalq yarışlarda iştirakı, istərsə də beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə bu imicə sahib olub. Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla və mütərəqqi Liderliyi ilə davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin bütün sahələrində, eləcə də idman sahəsində böyük nailiyyətlər əldə olunub. Əbəs deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb və eyni zamanda, ölkəmizin idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub, Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. Cənab Prezident idmançılarla hər dəfə görüşündə gənclərimizin ölkəmizi beynəlxalq idman arenalarında ləyaqətlə təmsil edərək üçrəngli bayrağımızı zirvələrə qaldırdıqlarını vurğulayır. Bu gün müasir Azərbaycan idmanın kütləviliyini təmin edən, peşəkar təşkilatçılıq ənənələrinə sahib ölkədir. Artıq uzun illərdir ki, Azərbaycanda mötəbər idman yarışları keçirilir. Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Zaman keçdikcə dövlət bu siyasətin bəhrəsini görmüş, ölkəmizdə idmanın hərtərəfli inkişafına nail ola bilmişdir.Ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən bütün qurumlar idmanın Azərbaycanda inkişaf etməsi, kütləviliyin geniş vüsət alması, eləcə də idmançılarımızın respublikamızı daha yaxşı təmsil etməsi məqsədlərini güdür.
Azərbaycanda qədim zamanlardan ənənəvi olaraq şərq idman növlərindən olan güləşin özünəməxsus yeri və rolu vardır. Dastanlarımızda igidlərin bayramlarda və xüsusi əlamətdar günlərdə meydana çıxaraq güləşdiyini və bu idman növünün nə qədər çox sevildiyinin şahidi oluruq. Şərq dünyasının tərkib hissəsi kimi Azərbaycanda güləş daha çox inkişaf edərək böyük şöhrət qazanmışdır.Təsadüfü deyildir ki, idmançılarımız bir sıra beynəlxalq yarışlarda həmişə idmanın bu növü üzrə birincilər sırasında olmuşlar. Bu günlərdə Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimizin ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atıblar. Belə ki, bu yarışda idmançılarımız 16 medal qazanıb ki, onlardan 7-si qızıl medaldır. Bu da Azərbaycan güləşi tarixində rekord nəticədir.
Azərbaycan idman ölkəsi statusunu zirvələrdə qoruyub saxlayır. Prezident İlham Əliyev cənablarının idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının real və əyani təcəssümüdür.

Rasimə Abbasova, 80 nömrəli tam orta məktəbin müəllimi


Oxşar xəbərlər