Ermənistanın gündəmi son günlər yenə alt-üst olub. Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının üzvü olan bir qrup ziyalı ilə görüşü zamanı səsləndirdiyi fikirlər, verdiyi mesajlar ermənilərin baş nazirindən tutmuş sıravi vətəndaşlarına qədər hər kəsin düşüncəsində, əhvali-ruhiyyəsində həm panika, həm də bədbinlik qarışıq isterika yaradıb. Göründüyü kimi, Ermənistanın gündəmini ölkənin baş naziri, prezidenti və ya siyasi qüvvələri yox, məhz Azərbaycan liderinin verdiyi açıqlamalar formalaşdırır.
İlham Əliyevin hər çıxışı Ermənistanda günlərlə davam edən qızğın müzakirələrə səbəb olur. Bu dəfə də eyni reaksiya, eyni nəticə ilə üzləşdik. Ermənistan toplumunu revanşizmə sürükləyən radikal müxalifət də, sülh prosesini qəsdən ləngidən Nikol Paşinyan iqtidarı da bütün diqqətini Qərbi Azərbaycanla bağlı yeni hədəflərimizə cəmləşdirib.
Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, Ermənistanda hamı danışır, amma heç kim düşünmür. Partiya rəhbəri bildirib ki, İrəvanda Azərbaycan Prezidentinin son fikirlərinə adekvat reaksiya verən, bu fikirlərə fərqli prizmadan yanaşan konstruktiv düşüncəli siyasilər yox dərəcəsindədir:
"Məhz bu səbəbdəndir ki, Ermənistanın hazırkı siyasi elitası Azərbaycanın dövlət başçısının xoşməramlı açıqlamalarını, onun sülhə və dinc qonşuluğa, birgəyaşayışa çağırışlarını misli görünməmiş hikkə ilə, aqressiya ilə qarşılayır. Ancaq Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycanla bağlı açıqlamaları ilə təkcə yerli auditoriyanı və Qərbi Azərbaycandan olan soydaşlarımızı deyil, həmçinin ermənilərin özlərini də düşünməyə, son 200 ildə erməni terror təşkilatlarının, eləcə də çar Rusiyası və sovet imperiyasının Qərbi Azərbaycandan olan insanlarımızın başına gətirdikləri faciəli hadisələri yenidən gözdən keçirməyə dəvət etdi. Erməniləri narahat edən, xoflandıran, qorxuya salan da məhz budur. Onlar öz qaranlıq keçmişləri ilə üzləşmək, azərbaycanlılara qarşı zaman-zaman törətdikləri vəhşilikləri indi yada salmaq və etiraf etmək istəmirlər. Qərbi azərbaycanlıların faciələri üzərində qurduqları müasir Ermənistan dövlətçiliyinin laxlamasına psixoloji olaraq hazır deyillər. Bu mənada İlham Əliyevin Qərbi Azərbaycana qayıdışın anonsunu verməsi erməniləri qəfil yaxalayıb. Onların aqressiv reaksiyası da məhz bütün bunlardan qaynaqlanır. Azərbaycan Prezidenti sözügedən çıxışında həm bizə, həm ermənilərə, həm də dünya birliyinə yönəlik mühüm mesajlar verdi. Vurğulandı ki, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Tarix təhrif olunmamalıdır. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Rəsmi İrəvanın tarixi saxtakarlığı ifşa olunmalıdır. Qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış Qərbi azərbaycanlıların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Biz bunu sülh yolu ilə etmək istəyirik. Qayıdış Konsepsiyası hazırlanmalı və sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik".
Ə.Hüseynov qeyd edib ki, göründüyü kimi Cənab Prezidentin bu tövsiyə və mesajlarında yeni hərbi münaqişələrə hazırlaşmaq əlamətləri yoxdur:
"Dövlət başçısı bildirdi ki, “tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik”. Prezident birmənalı olaraq vurğulayır ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Erməni məmurları, siyasətçilər və jurnalistlər arasında Azərbaycan dilini yaxşı bilən şəxslər çoxdur. Heç olmasa, həmin şəxslər kor gözlərini açıb Azərbaycan Prezidentinin həmin çıxışını bir daha diqqətlə oxumalı və başa düşməlidirlər ki, bizim Ermənistanın üzərinə tanklarla, dronlarla, qırıcı təyyarələrlə gəlmək, İrəvana əfsanəvi xüsusi təyinatlılarımızı göndərmək fikrimiz yoxdur.
Biz sadəcə sivil qaydada, beynəlxalq hüququn bizə verdiyi imkanlar çərçivəsində hərəkət edərək vaxtilə Zəngəzur mahalında, Zəngibasar mahalında, Göyçə mahalında, İrəvan mahalında yaşamış Qərbi Azərbaycan türklərinin öz yurd yerlərinə qayıtmaq haqqının bərpa edilməsini istəyirik.
Hədəfimiz ortadadır və göründüyü kimi bu hədəfimiz kifayət qədər dinc və sülhsevərdir. Ümumiyyətlə, ermənilərin sülhə münasibətində, sülhpərvərlik anlayışında ciddi problemlər var. Ermənilər Azərbaycan liderinin sülh çağırışlarına da düşmən kimi reaksiya verirlər. Aqressiyaya köklənmiş erməni xalqının qarşı tərəfin sülhsevərliyini görməzdən gəlməsini dünya birliyi özü açıb ifşa etməlidir".