Cari ilin avqust ayında Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycan İcmasına çevrilmişdir. Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.
Xalqın tarixi yaddaşı doğma torpaqlarımıza olan sevgini hər zaman qoruyub. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir.
Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir.
Tarix təhrif olunmamalıdır. 1918-ci ildə təzə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti özünün ilk qərarlarından birində bizim tarixi şəhərimizi-İrəvanı Ermənistana faktiki olaraq bağlamışdır. Bu, bağışlanmaz bir addım idi, bu xəyanət idi və cinayət idi. Bunu biz hamımıza yaxşı bilirik, xalqımız da bunu bilməlidir.
Biz heç vaxt tariximizi təhrif etməməliyik. 1920-ci ildə sovet hökümətinin qərarı və erməni millətçilərinin təkidi ilə bizim digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi.
1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalmışdır. 1980-ci illərin sonlarında sovet höküməti xalqımıza qarşı növbəti cinahyət törətdi. Sovet hökümətinin gözünün önündə baş vermiş cinayətlər, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqləmirdi. XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətində daha geniş məlumat verilməlidir.
1990-cı ilin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. Azərbaycan-Ermənistan sərhəddində məcburən hərbi əməliyyat keçirməli olduq. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq.
Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub.
Heç kim bizə təsir göstərə bilməz. İcma bir neçə istiqamət üzrə öz işini davam etdirməlidir. Rəsmi İrəvan tarixi saxtakarlığı ifşa olunmalıdır. Qərbi Azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Qayıdış Konsepsiyası hazırlanmalıdır.
Artıq iki ildir ki, müzəffər xalq kimi yaşayırıq. Tarixi Zəfər qazanmış xalq kimi biz dünya miqyasında doğrudan da tamamilə yeni bir vəziyyət yaratdıq.
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Rəhilə Məlikova