Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşüb. Prezident çıxışında qeyd edib ki, "Bu gün yerləşdiyimiz yüksəkliklərdən hətta Naxçıvan dağları da görsənir. Yəni, bu, doğrudan da tarixi nailiyyətdir. Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Prezident daha sonra deyib: "Mən bunu artıq bir neçə dəfə demişəm, bu gün də demək istəyirəm. Bu gün Laçın yolunda baş verən hadisələr növbəti anti-Azərbaycan isterikasına səbəb olub. Burada təkcə Ermənistan yox, bəlkə də onlardan daha çox onların xaricdəki havadarları, onların arxasında dayanan dövlətlər yenə də Azərbaycana qarşı qarayaxma kampaniyası başlamışdır və biz bu gün görüşdüyümüz vaxtda BMT-də bizə qarşı növbəti təxribat hazırlanır. Artıq bir neçə gündür ki, xüsusi canfəşanlıqla seçilən bəzi ölkələr bizə qarşı növbəti çirkin planlarını həyata keçirmək əzmindədir. Amma hələ ki, bir şey əldə edə bilmirlər, neçə gündür əlləşirlər. Gələn həftə də öz səylərini göstərəcəklər”.
Laçına gedən yolda baş verən hadisələr gün işığı kimi aydındır. Bu, bizim qanuni haqqımızdır. Təbii sərvətlərimizdən istifadə olunur, daşınır.
Beynəlxalq hüquq prinsipinə görə təbii sərvətlərimizi istismar edənlər cinayətkardırlar. Çünki bura beynəlxalq ictimaiyyət tərəfindən bizim torpağımız olaraq tanınır. Bizim dövlət qurumlarının nümayəndələrinin o mədənlərdə yoxlamalar aparması haqlı tələbimizdir. Nələr baş verdiyini görməli və bu qanunsuz fəaliyyətə son qoymalıdırlar. Bu, bizim haqlı tələbimizdir".
Xatırladaq ki, Azərbaycan ərazisində erməni əhalisinin məskunlaşdığı və Rusiya qüvvələrinin müvəqqəti yerləşdirildiyi mədənlərin qanunsuz istismarı və bunun nəticəsində ətraf mühitə dəymiş ziyanın araşdırılması və nəzarət edilməsi məqsədilə dekabrın 10-da bölgəyə Azərbaycanın ekspert qrupları göndərilib, amma ermənilər tərəfindən əngəlləniblər. Bu vəziyyətlə bağlı Azərbaycanın ekoloji qeyri-hökumət təşkilatlarının üzvləri və fəalları dekabrın 12-də Laçın dəhlizində Azərbaycanda mədənlərin qanunsuz istismarının qarşısının alınması tələbi ilə aksiyaya başlayıblar.
Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz", - dövlət başçısı vurğulayıb.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
biologiya müəllimi Afaq əhmədova