Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabr ayının 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olub və Qərbi Azərbaycandan olan bir qrup ziyalılar ilə görüş keçirib.
Prezident İlham Əliyev binada ikinci dəfə idi ki, olurdu. O zaman Qarabağdan olan "Məcburi Köçkünlərin Təşkilatı "adını daşıyan bu cəmiyyət indi "Qərbi Azərbaycan icması"adlanır.
Qərbi Azərbaycan icması "Azərbaycan Qaçqınlar Cəmiyyəti" ictimai birliyinin hüquqi varisidir." Azərbaycan Qaçqınlar Cəmiyyəti"İctimai birliyinin adı 2022-ci ilin avqust ayının 3-də dəyişdirilərək "Qərbi Azərbaycan İcması "adlandırıldı və yeni Nizamnaməsi təsdiq edildi.
Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. 1988-1991-ci illərdə qaçqın düşən 50 min azərbaycanlı öz yaşadıqları dədə-baba torpaqlarından didərgin düşdülər,evlərindən qovuldular.Ermənilər Qarabağ ərazisindəki kimi Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edərək tarixi saxtalaşdırmağa başladılar.Halbuki 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar.Ümumilikdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar.Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmışdılar.Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar.
Möhtərəm prezidentimiz İlham Əliyev artıq Qarabağ torpağımızın öz azadlığına qovuşuduğunu və gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlarını əminliklə bildirdi.
Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik. Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin "sevimli" erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin "sevimli" və himayəniz altında olan erməni xalqı törədib, məscidləri, tarixi abidələri, qəbirləri dağıdaraq olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki görmək istəmir. "Necə ki Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmir.eləcə də Qərbi Azərbaycan da da bu təkrarlanır"deyərək, İlham Əliyev öz nitqində bütün məqamlara toxundu. Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmasını qətiyyətlə bildirdi.
Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcəyini nəzərə çatdırdı. Qərbi azərbaycanlıların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar.

Ramana qəsəbəsi, 198 saylı tam orta məktəbin
Direktoru Şəlalə Nadirova


Oxşar xəbərlər