Türkmənistan tarixi günlərindən birini yaşadı. Belə ki,Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin birinci zirvə görüşündə vacib məsələlər müzakirə edildi,birgə bəyanat qəbul edildi, 5 sənəd imzalandı.Hər şeydən əvvəl qeyd eləmək lazımdır ki,rəsmi Aşqabad Türkmənbaşı şəhərindəki AVAZA konqres mərkəzində keçirilən görüşə yüksək səviyyədə hazırlaşmışdı.Qaz ehtiyatlarına görə dünyanın 4-cü ölkəsi sayılan Türkmənistan da özünün ənənəvi bazarından, qlobal bazara çıxmaqda maraqlıdır. Heç şübhəsiz ona bu imkanları Azərbaycan və Türkiyə təklif edir.2018-ci ildə Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi ilə əvvəlki dövrlərdə səsləndirilən ənənəvi, əməkdaşlığa mane olan fikirlər, bəyanatlar da artıq yoxdu.
Azərbaycan hələ 1994- cü ildə imzalanan Əsrin Müqaviləsi ilə Xəzər dənizini ilk dəfə beynəlxalq əməkdaşlığa açdı. İndi isə Türkmənistan qazının Xəzər dənizi üzərindən birbaşa Azərbaycana nəqli məsələsi gundəlikdədir. Bununla bağlı tərəflər işçi qrupunun yaradılması barədə razılığa gəliblər. Əslində Azərbaycan hələ ötən il Türkmənistan qazının üçüncü ölkəyə ordan da bizə ixrac edilməsi barədə razılığa gəlib. İndi regionda yaranan yeni reallıqlar birbaşa əməkdaşlığı qaçınılmaz edirdi. Məhz buna görə də Türkmənistan qazının Xəzər dənizi vasitəsi ilə birbaşa Azərbaycana sonra da Türkiyə və Avropaya çatdırılması planlaşdırılır. Dünyada xüsusən Avropada yeni vəziyyət yaranıb.Məhz bu reallıqlara uyğun yeni qərarlar qəbul edilib icra olunmalıdır.
Zirvə görüşündə istirak edən Prezident İlham Əliyev bildirib ki,Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir.
Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırıb. 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq 5 milyard dollara çatıb.Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artıb. Bu, rekord göstəricidir.
Prezident qeyd etdi ki,Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilib ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.
Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edib. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəyə çevrilib.
2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmıb.Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq.
Bəli Azərbaycan yaratdığı yeni reallıqlar region o cümlədən Xəzəryanı ölkələr üçün yeni-yeni imkanlar açır.
"Bizi ortaq tarix birləşdirir.Müştərək mədəni köklər birləşdirir. Bu gözəl zəmin üzərində 3 müstəqil ölkə öz siyasətini aparır.Aramızda olan bu gözəl, ənənəvi dostluq, qardaşlıq münasibətlərinin inkişafi üçün çalışırıq". Prezident İlham Əliyevin hələ 2008-ci ildə Türkmənistana ilk səfəri zamanı səsləndirdiyi bu fikirlər bu gün də öz aktuallığını qoruyur.
Hər keçən il Azərbaycan, Türkiyə və Türkmənistan arasındakı əlaqələr daha da güclənir və möhkəmlənir.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
direktoru Ruhiyyə İbrahimova