Müstəqil xarici siyasət həyata keçirən Prezident İlham Əliyevin uğurlu diplomatiyası ilə Azərbaycan əksər dövlətlər ilə həmçinin Mərkəzi və Şərqi Avropa ölkələri ilə fəal əməkdaşlıq edir. Onlardan biri də Albaniyadır. Bu ölkə ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. ölkə arasında diplomatik münasibətlər 23 sentyabr 1993-cü ildə qurulub. Azərbaycan ilə Albaniya Trans-Adriatik Boru Kəmərinin (TAP) həyata keçirilməsində uğurla əməkdaşlıq edib. TAP layihəsi üzrə Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanıb və 2016-cı ilin mart ayından tikinti işləri başlayıb. 2020-ci ilin 31 dekabr tarixində TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılıb.
Prezident İlham Əliyevin noyabrın 15-də Albaniyaya ilk səfəri isə Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verərək gələcək yaxın əməkdaşlıq üçün çox əlverişli imkanlar yaratmış oldu.
Eyni zamanda Albaniyanın Baş naziri Edi Ramanın bu ilin aprelində Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi işində önəmi qeyd olundu. İqtisadi və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından söhbətlər aparilmışdi.
Ele həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tiranada “Mother Albania” abidəsini ziyarət edərək abidənin önünə əklil qoymuşdu., Milli Qəhrəmanlar xiyabanında yerləşən on iki metrlik “Mother Albania” abidəsi 1971-ci ildə ucaldılıb. Nəhəng abidə Albaniya uğrunda canını qurban verərək həlak olmuş əsgərləri qoruyan bir ananı təcəssüm etdirir. Ana heykəli əlində dəfnə çələngi və ulduz tutub. Abidənin üzərində “Vətən şəhidlərinə əbədi eşq olsun!” sözləri yazılıb.Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdi.
( 170 N-li tam orta məktebin tarix müellimi Zeynalova Mədinə)