Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Albaniya Respublikasına səfər edib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Tirana şəhərinin Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısını Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku və digər rəsmi şəxslər qarşılayıblar. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə təkbətək görüşüb. Görüş başa çatdıqdan sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, beynəlxalq təşkilatlardakı müsbət və uğurlu əməkdaşlıq qardaş xalqlar arasındakı əlaqələri daha da gücləndirir. “Siz qeyd etdiniz ki, Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub, biz bunu çox yüksək qiymətləndiririk. Həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsi dövründə Albaniya rəsmilərinin bəyanatlarını, Azərbaycanın ərazi bütövlüyünə göstərilən dəstəyi biz çox yüksək qiymətləndiririk” - deyə Prezident İlham Əliyev vurğulayıb.
Bu vaxtadək Azərbaycan və Albaniya arasında 8 sənəd, o cümlədən 2013-cü il aprelin 8-də Bakıda “Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, həm TAP, həm TANAP qaz kəmərləri hal-hazırda iki dəfə genişləndirilməsi məsələsi müzakirə olunmaqdadır. Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişaf edilməsində investor kimi iştirak edə bilər.
Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə təkbətək görüşündən sonra vurğuladı:
“Mən gözəl ölkənizə ilk dəfə səfər edirəm və burada olmağımdan çox məmnunam. Əminəm ki, bu səfər Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verəcək. Biz Sizinlə bu gün təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik və əmin olduğumuzu bildirdik ki, gələcək yaxın əməkdaşlıq üçün çox gözəl imkanlar var”.
Nəcəfova Rəna
Cəfər Cabbarlı adına 187 saylı tam orta məktəb
İbtidai sinif müəllimi