Rusiya ATƏT-in Minsk Qrupunun üzvü olan dövlət, SSRİ-nin varisi kimi Dağliq Qarabağ münaqişəsinin həllində daha böyük səy göstərməli və Ermənistana bütün təzyiq vasitələrindən istifadə etməlidir
Eyni zamanda Türkiyə də Azərbaycanın tərəfdaşı və ən yaxın partnyoru kimi Rusiyaya bu istiqamətdə tövsiyələr verməlidir.
Bu barədə Ulus.Az-ın Siyasət Şöbəsi xəbər yayıb.
Regionda stabilliyin yaradılması Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir və bu məsələdə həm Türkiyə, həm Rusiya bütün səylərini və imkanlarını ortaya qoymalıdırlar.
Məhz buna görə də Soçi görüşü mühüm əhəmiyyətli bir görüş kimi yaddaqalan ola bilərdi. Azərbaycan rəsmiləri və diplomatları Ermənistanın işğalçı siyasətinə verdiyi dəstəyə görə nə qədər Rusiyanın adını hallandırmamağa çalışsalar da, bu alınmır və ünvanı özləri göstərirlər.
Bunu Azərbaycan xarici işlər nazirinin müavini və prezidentin Qarabağ danışıqları üzrə təmsilçisi Araz Əzimovun son açıqlamasından da aydınlaşdırmaq olar:
“Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasındakı problem fikir ayrılıqlarında və konkret olaraq Ermənistan tərəfinin və onun Azərbaycanın işğal olunmuş torpaqlarına nəzarəti davam etdirməsinə dəstək verən ölkələrin konkret maraqlarındadır”.
Ulus.Az xəbər verir ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan 3 mayda Soçidə görüşdülər.
Tərəflər iki ölkə arasındakı əməkdaşlıq baxımından bu görüşün nəticələrini uğurlu sayıblar. Türkiyənin və Rusiyanın əsas gündəm mövzusu Suriyadır.
Çünki bu ölkədə müharibə gedir və bu müharibə həm Rusiyanın, həm də Türkiyənin təhlükəsizlik maraqlarına toxunur.
Ona görə də prezidentlər Suriya mövzusunun müzakirəsinə daha çox vaxt ayırırlar. Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhədində atəşkəs intensiv pozulsa da, müharibə yoxdur.
Ona görə də bu məsələ nə Moskvanı, nə də Ankaranı ciddi narahat edir. Putin Ərdoğan qədər Qarabağ münaqişəsinin həllində maraqlı deyil.
Ona görə də Ərdoğan razılaşması mümkün olmayan məsələ ətrafında Soçidə Putinlə geniş müzakirə açmaq istəməyib.