Görüşün 4 saatdan çox davam etməsi o deməkdir ki, əslində iki tərəf arasında müzakirə edilən və bəlkə də razılaşdırılan mövzular daha genişdir, sadəcə Bakı və İrəvan mərhələli şəkildə sülh prosesinin formalaşmasına razılıq verib.
Bu sözləri Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov qeyd edib.
Politoloqun sözlərinə görə, sözügedən görüş artıq “status” və “Minsk Qrupu” məsələsinin Avropa İttifaqının da gündəmində olmadığını göstərir.
“Aİ, Azərbaycan və Ermənistan arasında danışıqlarda yenə “Minsk Qrupu” və “status” ifadələri rədd edilib. İrəvanın “Qarabağ ərazi münaqişəsi deyil” kimi Azərbaycanın lehinə səsləndirdiyi fikir fonunda Qarabağa kiçik idarəetmə hüququ verilməsi ilə bağlı “status” terminini yekun bəyanata salmaq cəhdi bu dəfə də uğursuzluqla başa çatıb. Çünki rəsmi Bakı çox yaxşı bilir ki, hansı mənada işlədilməsinə baxmayaraq, "status" ifadəsinin yekun bəyanatlardan birinə salınması gələcəkdə erməni tərəfinin və Minsk Qrupunun mövzu ilə bağlı fərqli interpritasiyalarına səbəb ola bilər. Digər tərəfdən, Azərbaycan Prezidenti Qarabağ mövzusunu ölkəmizin daxili işi sayır və mövzu heç bir halda Azərbaycan və Ermənistan tərəfindən ikitərəfli bəyanatlarda səsləndirilə bilməz. “Minsk Qrupu” ifadəsinin bu dəfə də işlədilməməsi bu ölü institutun nəinki Qarabağ, heç Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında belə yer almadığının göstəricisidir. Beləliklə, 44 günlük müharibədən sonra Bakı və İrəvan arasında ziddiyyətlərin aradan qaldırılması ilə Aİ, Rusiya və Türkiyə məşğuldur”.
Zaur Məmmədov yekun bəyanat əsasında razılaşdırılan məsələlərə də toxunub:
“Razılaşdırılan məsələlərdən birincisi Azərbaycan və Ermənistanın sülh müqaviləsi üzərində işləməsidir. Bunun üçün isə tərəflər arasında vacib ziddiyyətlər və problemlər aradan qaldırılmalıdır. Hazırda iki əsas siyasi məsələ gündəlikdədir. Bunlar silahlı erməni dəstələrinin Qarabağdan çıxarılması və delimitasiya, demarkasiya prosesinin başlamasıdır. Tərəflər həm də delimitasiya ilə bağlı razılığa gəldilər. Delimitasiya ilə bağlı işçi qrupunun yaradılması haqqında məsələnin yekun bəyanatda da öz əksini tapması Azərbaycanın tarixi diplomatik uğurudur. Xatırladım ki, İrəvan Soçi görüşündə işçi qrupunun yaradılmasına razılıq versə də, məsələni uzatmaqla məşğul idi. Bəhanə kimi sərhədlərdən qoşunların uzaqlaşdırılmamasını gətirirdi. Hazırki bəyanatda həm də “sərhəd təhlükəsizliyi” ifadəsi yer alır. Delimitasiya məsələsi Qarabağla bağlı növbəti dəfə Azərbaycanın mövqeyini gücləndirəcək.
Diqqəti çəkən digər iki məqam kommunikasiya və humanitar məsələlərlə bağlıdır. Nəqliyyatla bağlı əldə edilmiş razılıqların bu bəyanatda bir daha səsləndirilməsinə, ancaq mövzu ilə bağlı atılacaq konkret addımlar haqqında danışılmamasına baxmayaraq, böyük ehtimalla Mehri vasitəsilə dəmiryolu mövzusu və Qarakilsə (Sisyan) vasitəsilə avtomobil yolunun perspektivi bir daha müzakirə edilib. Mövzu Rusiya və İranın da diqqət mərkəzində olduğu üçün yəqin ki, digər formatlarda da müzakirələr aparılacaq.
Bəyanatda itkin düşənlər, həbs edilənlər və minalanmış ərazilər haqqında da fikirlər yerini alıb. Fikrimcə, tərəflər arasında münasibətlərin yumşaldılması üçün yaxın günlərdə bir neçə həbs edilmiş erməninin azad edilməsinin, Ermənistanın isə itkin düşmüş bəzi şəxslərin coğrafiyası haqqında latent şəkildə informasiyanın ötürməsinin şahidi ola bilərik. Beləliklə, sayca ikinci Brüssel görüşü, ümumilikdə isə Aİ tərəfindən təşkil edilən üçüncü görüşün yekun bəyanatı bundan əvvəlkilər kimi birmənalı olaraq Azərbaycanın maraqlarına cavab verir”.