M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - 3 oktyabr 1993-cü il təqvimi müstəqil Azərbaycanın tarixində bir dönüş nöqtəsi, yeni mərhələnin başlanğıcı oldu. Bunu davamlı sabitliyin, əmin-amanlığın, inkişaf edən dövlətin qurulması mərhələsi adlandıra bilərik. Xalq öz xilaskarını 3 oktyabr 1993-cü il tarixində yekdilliklə ölkə Prezidenti seçdi. Məhz bu gündən etibarən qüdrətli Azərbaycanın təməli qoyulmuş oldu.
Ölkəmiz müstəqilliyinin ilk illərində səriştəsiz və naşı rəhbərlər üzündən çox böyük problemlərlə qarşılaşmalı oldu. Əgər həmin dövrlərdə ölkəyə məhz Ulu Öndər Heydər Əliyev rəhbərlik etmiş olsaydı xalqımız qan-qada, müharibə, ağır problemlər yaşamazdı. Bütün bunlar ona görə baş verirdi ki, əvvəlcə Vəzirov-Mütəllibov rejimi, sonra isə Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışır, bu yolun alternativi olmadığını başa düşmək istəmirdilər. Nəticədə ölkəni uçuruma apardılar. Həmin adamlar Azərbaycanı fəlakətin bir addımlığında qoyub qaçdılar. Xalqın və ölkənin nicatı isə Ulu Öndər Heydər Əliyev oldu. Prezident seçildikdən sonra Ulu Öndər ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi təmin etdi. Dövlət çevrilişlərinin qarşısı alınaraq ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas edildi. Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilməyə başlanıldı.
1991-93-cü illər müstəqil Azərbaycanın tarixində hərc-mərclik, qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Ölkəni idarəolunmaz və acınacaqlı bir duruma gətirib çıxarmış AXC-Müsavat hakimiyyətinin nümayəndələri belə özlərinin xilası üçün sonda Heydər Əliyevdən imdad dilədilər. Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını uğurla yerinə yetirdi və xalqın yaşamaq ümidini özünə qaytardı. Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.
Müasir Azərbaycan dövlətinin adı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Elə bir sahə yoxdur ki, o sahədə dahi şəxsiyyətin xidmətləri olmasın. Ulu Öndər Heydər Əliyev uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Ulu Öndər Azərbaycanın qüdrətini artıran beynəlxalq iqtisadi təşəbbüsləri ilə milli dövlətçilik və xalqımızın milli mənafeyini təmin etmək istiqamətində yorulmadan çalışırdı. “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” Heydər Əliyevin neft strategiyasının təcəssümü olaraq Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir.
Ulu Öndər hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin etmişdir. Məhz Ulu Öndərin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Bütün hüquq mühafizə orqanlarının fəaliyyəti cinayətkar təzahürlərə, ilk növbədə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və rüşvətxorluğa, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə səfərbər olunmuş və “qanunun aliliyi” prinsipinin real təmin olunması üçün müvafiq tədbirlər görülmüşdür.
Ulu Öndərin rəhbərliyi ilə işlənib hazırlanan və 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçmişdir.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir. Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır. Ulu Öndər Heydər Əliyev bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail olmuşdur.
Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərkən andiçmə mərasimindəki nitqində söyləmişdi: “Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram.” Ulu Öndər öz əməli fəaliyyəti, misilsiz xidmətləri ilə ömrünü xalqına, müstəqil Azərbaycana həsr etdiyini sübut etdi. Memarı və xilaskarı olduğu müstəqil Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin etmiş güclü dövlətdir. Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki dahi şəxsiyyətin əsas amalı işğalda olan torpaqlarımızın azad edilməsi idi. Xalqımız və dövlətçiliyimiz naminə misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyev millətin məhəbbətini qazanaraq Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.