O bir dühadır!
Hər bir tarixi şəxsiyyətin xidmətləri mənsub olduğu xalqın yaddaşında əbədi qalır, ancaq bununla məhdudlaşmır. Çünki elə dühalar var ki, onlar həm də bəşər əhəmiyyətli işlər görürlər. Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev məhz həmin şəxsiyyətlərdəndir. Dövlət xadimi kimi Ulu öndər Azərbaycan üçün əvəzedilməzdir. Müstəqil demokratik dövlətin memarı olan Heydər Əliyev həm də ölkənin müasirləşməsinin başlıca xəttini müəyyənləşdirmiş insandır. Onun işləyib hazırladığı inkişaf konsepsiyası zamanın bütün sınaqlarından uğurla çıxaraq Azərbaycanı zirvələrdən zirvələrə aparmaqdadır. Siyasi varislik prinsipini gözləyən Prezident İlham Əliyev də Ulu öndərin dövlət quruculuğu ilə bağlı strateji fikirlərini yaradıcılıqla həyata keçirməkdədir. Müstəqil dövlətimiz etibarlı əllərdədir. Faktiki olaraq 1993-cü ilin ikinci yarısından başlayan Heydər Əliyev yolunun bir sıra məqamları üzərində dayanmağa ehtiyac duyuruq.
1993-cü ilin iyunundan başlayaraq ölkədə bütün sahələr üzrə inkişafın əsası qoyuldu. Azərbaycanın müstəqillik tarixində yeni mərhələ başlandı. Heydər Əliyev ölkəyə rəhbərliyə başlayan kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində çoxşaxəli və çoxtərəfli danışıqlara başladı. Günahsız insanların həlak olmasının, daxildə özbaşınalıq edən qeyri-qanuni silahlı qruplaşmaların qarşısının alınması üçün ciddi tədbirlər həyata keçirildi. O zaman ölkədəki ictimai-siyasi vəziyyət, xalqın mənəvi durumu elə bir həddə çatmışdı ki, fəal döyüş əməliyyatları yolu ilə müvəffəqiyyət qazanmaq imkanları tükənmişdi. Vahid komandanlıq altında nizami ordu yaratmaq, hazırlıqlı zabit heyəti korpusu yaratmaq, bir sözlə, həqiqi ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt lazım idi. Qarşıda duran vəzifələrin mürəkkəbliyi, cəbhə bölgələrində istər hərbi, istərsə ictimai, istərsə də mənəvi durumun ağırlığı, eləcə də diplomatik danışıqların ilk mərhələsinin məntiqi nəticəsi 1994-cü ilin mayın 12-də Ermənistanla atəşkəs razılığı imzalanması zərurəti doğururdu. Atəşkəsin tarixi əhəmiyyəti onda idi ki, yaranmış imkandan istifadə edən ulu öndər ölkəmizin qarşılaşdığı əsas problemlərin aradan qaldırılmasına nail oldu. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda imzalandı. Həmin dövrdə Azərbaycan haqqında dünyada təsəvvür ya ümumiyyətlə yox idi, yaxud da ki, respublikamız barəsində yalnız mənfi rəy formalaşmışdı. Heydər Əliyev belə bir gərgin şəraitdə dünyanın qüdrətli dövlətlərini təmsil edən 11 neft şirkəti ilə "Əsrin müqaviləsi"ni imzalamağa müvəffəq oldu. Azərbaycan üçün həyati əhəmiyyətli bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı.
Ulu öndərin xalqımız qarşısında müstəsna xidmətlərindən biri də 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın Konstitusiyasıdır. Həmin gün həm də müstəqil Azərbaycan parlamentinə çoxpartiyalılıq əsasında və tam demokratik şəraitdə keçirilmiş ilk seçkilər günü kimi tarixə düşmüşdür. Xalqımızın milli sərvəti olan ana dilimizin inkişafına daim qayğı göstərilməsi haqlı olaraq Heydər Əliyevin böyük tarixi xidmətlərindən sayılır.
Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində Azərbaycanda davamlı sabitlik yaradılmış, ölkədə demokratiya və fikir azadlığı bərqərar olmuş, iqtisadiyyat inkişaf etmiş, xalqın həyat səviyyəsi daim yüksəlmişdir.
Xalqımızın ümummilli liderinin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri dünya azərbaycanlılarının şüarı olmaqla soydaşlarımızın həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət
nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyevin fəaliyyətinin nəticəsidir.
Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olunması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissələridir.
Beləliklə, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan və onun inkişaf strategiyası bütün sahələri əks etdirməklə, dövlətçiliyimizin də strateji hədəflərini müəyyən etmiş oldu. Uzaqgörənliyi və müdrikliyi ilə xalqı, Vətəni və dövləti üçün çalışan, bu yolda əməyini əsirgəməyən Dahi Şəxsiyyət Heydər Əliyev istər Azərbaycanın, istərsə də dünyanın siyasi mühitinə LİDERLİK simvolu olaraq həkk olundu. Müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi Ulu Öndər Heydər Əliyev tərəfindən yazıldı. Heydər Əliyev bugünkü və gələcək nəsillər üçün müstəqil, çiçəklənən bir dövləti – müstəqil Azərbaycanı miras qoydu. Bu gün Dahi Öndərimiz aramızda olmasa da, Onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, hətta bizdən öndə addımlayır, yaşayır, yaşadılır. Çünki Vətənini, dövlətini sevən hər bir azərbaycanlının qəlbinin güşəsindəHeydər Əliyev adlı Düha yaşayır, əbədi və ölməz Heydər Əliyev Dühası...
Ramana qəsəbəsi, 90 nömrəli tam orta məktəbin
direktoru Yeganə Məhərrəmova