Hər bir xalqın tarixində elə günlər, elə anlar və elə şəxsiyyətlər olur ki, onun taleyi üçün dönüş rolu oynayır. Hər şeyin hansı istiqamətdə davam edəcəyi məhz o anda həll edilir. Azərbaycan xalqının da tarixində belə anlar, günlər mövcuddur. Məhz 1993-cü il 3 oktyabr tarixini belə tarixlərdən biri kimi qeyd edə bilərik. Bu tarix xalqımızın taleyində, inkişafında , müstəqilliyində silinməz iz buraxmış olan Ümummilli lider Heydər Əliyevlə bağlıdır. Heydər Əliyev bundan əvvəl etdiyi kimi bundan sonra da xalqı üçün, vətəni üçün əlindən gələni etdi və bugünkü müstəqil,i nkişaf etmiş Azərbaycanın əsaslarını qoydu.
Ümummilli lider böyük səs çoxluğu ilə prezident seçildi. Xalq onun hakimiyyətə gəlməsini zərurət hesab edirdi, ona ümid edirdi. Ümidlər isə özünün doğrultdu. Xalqın bu böyük sevgisinin qarşılığında Heydər Əliyev də öz xalqına sonsuz sevgisini və irsini bəxş etdi. Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”
İndi biz geriyə boylanıb baxdığımız zaman bu sözlərin özünü necə doğrultduğunu görürük.
Hər şeyin mürəkkəbləşdiyi zamanda Ulu Öndər xalqını tək buraxmadı. Bu ağır yükü çiyinlərində layiqincə daşıdı. Onun hakimiyyətə gəlməsi ilə ölkə böhranlı,təhlükəli bir yoldan işıqlı bir yola addımlamağa başladı.
Ulu Öndərin bir çox sahədə gördüyü işlər, apardığı islahatlar xalqın taleyində mühüm rol oynadı. O öz uzaqgörənliyi ilə həm xarici aləmdə, həm də daxili siyasətdə öz sözünü dedi,öz izlərini buraxdı.
“Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” - deyən Heydər Əliyev bu sözlərinə uyğun olaraq ölkədə demokratiyanın möhkəmlənməsində,iqtisadiyyatın güclənməsində və bazar iqtisadiyyatına keçid sahələrində öz təşəbbüslərini həyata keçirdi.
Heydər Əliyev üçün azərbaycançılıq ideali ən yüksəkdə idi. O kiçik bir ölkə olan Azərbaycanı dünyaya tanıtmaq, xarici siyasətdə uğur qazanmaq üçün mühüm addımlar atdı. O hər yerdə bütün qüvvəsilə antiazərbaycan, antimilli qüvvələrlə mübarizə yolunu tutmuşdu. Milli və mənəvi dəyərlərimizin qorunması onun üçün əsas məsələlərdən biri idi.
Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi Ulu Öndərin uğurlu siyasətinin nəticələrindəndir.
Heydər Əliyev Ermənistanın təcavüzünü,qəsbkarlığını dünya ölkələrinə ,beynəlxalq aləmə göstərmək üçün hər zaman çalışmışdır.Məhz onun səyləri,gərgin əməyi nəticəsində beynəlxalq tədbirlərdə Ermənistanın işğalçılığı pislənmiş,Azərbaycanın bütövlüyü dəstəklənmişdir. Və bu haqda bir çox qətnamələr qəbul edilmişdir.
"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - deyən Ulu Öndər xalqın ürəyində milli-mənəvi dəyərləri yaşatmaq, Azərbaycanı bütov və güclü bir ölkə kimi görmək arzusu ,məşəli həmişə yanmışdır. Məhz onun əsaslarını qoyduğu müstəqil və güclü Azərbaycan Respublikası öz bütövlüyünü bərpa etməyə qadir olduğunu sübut etdi.
Biz bu gün artıq öz ərazi bütövlüyünü bərpa etmiş ölkədə yaşayırıq və Ulu Öndərin “Tarix həmişə hər şeyi öz yerinə qoyur” sözünün gerçekləşdiyini görürük.
Xalqını hər zaman xoşbəxt,güclü görmək istəyən onu hər zaman hər kəsə qarşı müdafiə edən Ulu Öndərə, hamının sevimlisi,balacaların “Heydər babası” olmağı bacarmış şəxsə Azərbaycan xalqı hər zaman minnətdardır, onun irsini qorumaq üçün əlindən gələni edir və edəcək.
Maştağa qəsəbəsi, 255 saylı tam orta məktəbin
müəllimi Gülayə Yadigarova