Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti keçirilib. Üzv dövlətlər arasında qarşılıqlı münasibətlərin gücləndirilməsi, siyasət, ticarət, iqtisadiyyat, mədəniyyət, turizm, elm və texnologiya, o cümlədən təhsil və digər sahələrdəki əməkdaşlıqların möhkəmləndirilməsi, ən vacibi regionda sülhün, sabitliyin əldə edilməsi üçün təşkil olunan Sammit Azərbaycan üçün də olduqca uğurlu alınıb.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin tranzit və nəqliyyat-logistika imkanları barədə verdiyi məlumat digər dövlət başçılarının diqqətini çəkib. Axı ölkəmizlə əməkdaşlıq ŞƏT üçün də olduqca cəlbedicidir. Çünki Azərbaycan Avrasiya məkanında əsas tranzit qovşağa çevrilib. Malik olduğumuz nəqliyyat infrastrukturu da ölkəmizin ŞƏT üçün əhəmiyyətini ikiqat artırır.
Prezident İlham Əliyev Sammitdə qeyd edib ki, Zəngəzur dəhlizinin açılması region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və həmin marşrut üzərində yerləşən bütün ölkələr bundan faydalanacaq. 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həll olunması regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafına da təkan verəcək. Bu baxımdan Zəngəzur dəhlizinin açılması Şanxay Əməkdaşlıq Təşkilatına nəqliyyat-logistika sferasında əlavə üstünlüklər yaradacaq.
ŞƏT Azərbaycanın səsinin dünyada eşidilməsi baxımından da vacib platformadır. Dövlət başçısı Səmərqənd sammitindəki çıxışında Ermənistanın sərhəd zonasında törətdiyi genişmiqyaslı təxribatla əlaqədar da geniş məlumat verib. Hazırkı məqamda həqiqətlərin nədən ibarət olduğunu dünyaya çatdırmaq çox önəmlidir və Azərbaycan bu mənada ŞƏT platformasından məharətlə istifadə edir.
İlham Əliyev əlavə edib ki, ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün Ermənistana beş əsas prinsip təqdim olunub. Bu onu göstərir ki, Azərbaycan sülh sazişi layihəsinin tərəfdarıdır. Ancaq Ermənistan tərəfi sentyabrın 13-də növbəti dəfə ölkəmizlə sərhəddə genişmiqyaslı təxribata əl atdı və layiqli cavabını aldı. Ermənilər bu davranışla iki ölkə arasındakı münasibətlərin normallaşmasında maraqlı olmadıqlarını göstərirlər.
Səmərqənddəki Sammitdə BMT Təhlükəsizlik Şurasının səmərəsiz fəaliyyəti bir daha açıq şəkildə faktlarla iştirakçılara çatdırılıb. Adıçəkilən şura hələ 27 il əvvəl Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə tərtib etsə də, buna heç vaxt məhəl qoyulmayıb. “Dəmir yumruq” ətrafında birləşən Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll etməyi bacardı.
BMT-dən fərqli olaraq, Azərbaycan ən böyük beynəlxalq təsisatlardan olan Qoşulmama Hərəkatına sədrliyini davam etdirir. 120 ölkəni birləşdirən bu böyük təşkilata başçılıq etmək ölkə rəhbərliyinin uğurlu fəaliyyətinin sübutudur. Çünki Azərbaycan fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirir.
Beləliklə, Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq ölkəmizin maraqlarına tam cavab verir. Hətta Azərbaycan təşkilatla əməkdaşlığını daha da dərinləşdirməkdə, tamhüquqlu üzv olmaqda maraqlıdır. Bu, ölkəmizin beynəlxalq müstəvidə yeni səhifə açmasına, bütün sahələrdə daha da güclənməsinə yol açacaq.
Sabunçu rayonu, 74 nömrəli tam orta məktəbin
müəllimi Nərgiz İsrafilova