Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyir

Qoşulmama Hərəkatının  üzv  dövlətləri  Azərbaycan  xalqının  ədalətli  mübarizəsini  dəstəkləyir Qoşulmama Hərəkatının yaradılması müstəmləkə sisteminin süqutu və Afrika, Asiya, Latın Amerikası və digər bölgələrdə soyuq müharibədən əziyyət çəkən xalqların müstəqillik uğrunda mübarizəsi dövrünə təsadüf edir.Yaranmasından bu günə qədər Qoşulmama Hərəkatı bütün dünyada sülhün və təhlükəsizliyin qorunmasında mühüm rol oynayaraq öz töhfəsini verib. Qoşulmama Hərəkatı qeyri-rəsmi olaraq 1955-ci il aprelin 18-24-də İndoneziyanın Bandunq şəhərində keçirilən Afrika-Asiya konfransında təsis edilib. Hərəkatın əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə verməkdir.Sıralarında 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi ölkəmiz və regionumuz üçün olduqca mühüm əhəmiyyət kəsb edən siyasi hadisədir. Ev sahibliyi dövlətə təşəkkür Sənədində üzv dövlətlər Azərbaycan xalqı və hökumətinə təşəkkür edərək həmrəyliklərini nümayiş etdirdilər: “Biz, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən XVIII Zirvə Görüşü zamanı göstərdikləri yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına və hökumətinə dərin təşəkkürümüzü bildiririk.
Hərəkat dövlətlərin ərazi bütövlüyü məsələsində birmənalı mövqe nümayiş etdirir, beynəlxalq hüququn təməl prinsiplərindən çıxış edir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb.
Azərbaycanın 2019-2022-ci illərdə Hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artıracaq, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirəcək. Bu missiya həm də ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək, və ixrac qeyri-neft sektorunun potensialımızın yüksəlişinə geniş imkanlar açacaq.

Sabunçu rayonu, 96 nömrəli tam orta məktəbin
biologiya müəllimi Afaq Əhmədova


Oxşar xəbərlər