“Cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycan son illərdə davamlı olaraq beynəlxalq platformalarda ciddi uğurlar əldə edərək, beynəlxalq aləmdə ölkəmizin və dövlət başçısının mövqeyi və nüfuzu artaraq, möhkəmlənib. Məhz bu uğurlu xarici siyasətin nəticəsi olaraq Azərbaycan 30 illik işğala son verərək, ərazi bütövlüyünü təmin edib, Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbə və qələbədən dərhal sonra işğal nəticəsində məhv edilmiş ərazilərdə genişmiqyaslı abadlıq-qurucluq işlərinin, infrastruktur layihələrinin, o cümlədən regional əhəmiyyətli infrastruktur layihələrinin icrası cənab Prezident İlham Əliyevi beynəlxalq aləmdə bir qurucu lider kimi tanıdıb”.
Bunu açıqlamasında deputat Mahir Abbaszadə noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabad Zirvə görüşünün yekunlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə görüşü bu dediklərimizin növbəti bariz nümunəsi idi.
“İstər cənab Prezidentin sammitdə çıxışı, istərsə də orada qəbul edilən sənədlər və keçirdikləri görüşlər dediklərimizin əyani sübutudur. O baxımdan Aşqabaddakı İƏT Zirvə görüşünü Azərbaycan diplomatiyasının növbəti qələbəsi kimi qiymətləndirilməlidir. Zirvə görüşündə qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir. Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Sammit çərçivəsində qəbul edilmiş hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin öz əksini tapması, Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edilməsi və qəbul edilməsi öz əksini tapıb”, - deputat qeyd edib.
Deputat əlavə edib ki, Aşqabad sammitinin Azərbaycan üçün uğurları bununla bitmir:
“Sammitdə çıxış edən Türkiyə Prezidenti Ərdoğanın Zəngəzur dəhlizi, üzv ölkələrin bu məsələdə Azərbaycana dəstək verməyə çağırışı çox mühüm əhəmiyyət daşıyır.
Cənab Prezidentin sammitdə çıxışı və üzv ölkələri işğaldan azad olan ərazilərin bərpasına dəvət etməsi, Soçi görüşündən sonra İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsinin əhəmiyyəti, bu yeni nəqliyyat infrastrukturunun Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcəyi, İƏT-ə üzv ölkələrin də bu dəhlizdən böyük fayda götürəcəyi barədə bəyanat verməsini Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi situsiyanın nəticələri kimi qiymtələndirmək olar. Cənab Prezidentin qlobal çağırışlara zamanında çevik reaksiya verərək yürütdüyü siyasət, irəli sürdüyü təşəbbüslər və icra olunan regional layihələr nəticəsində Azərbaycan faktiki olaraq son illərdə Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması təkcə regionun nəqliyyat sektorunda deyil, Avrasiya məkanında olan ölkələr arasında sıx əməkdaşlıq üçün yeni imkanlar açacaq. Azərbaycanın 44 günlük Vətən müharibəsində sonra Cənubi Qafqazda yaratdığı yeni geosiyasi, geoiqtisadi vəziyyət təkcə bölgədə deyil, eyni zamanda digər qonşu bölgələrdə də sülhə, sabitliyə, inkişafa və sıx əməkdaşlığa xidmət edir. O baxımdan da Azərbaycanın bu istiqamətdə yürütdüyü siyasət beynəlxalq aləm tərəfindən yüksək dəyərləndirilir.
Hətta bir zamanlar Azərbaycanın bölgədə yaratdığı yeni reallıqları həzm edə bilməyən ölkələr belə artıq bu reallıqla barışmaq zorundadırlar. Azərbaycanın yaratdığı bu reallıqdan ölkələrinin maraqları üçün faydalanmağa çalışırlar.
Cənab Prezidentin milli maraqlarımıza uyğun qətiyyətlə davamlı olaraq həyata keçirdiyi uğurlu xarici siyasəti nəticəsində Azərbaycan diplomatik qələbələrə imza ataraq, beynəlxalq aləmdəki nüfuzunu möhkəmləndirəcək, eyni zamanda ölkəmizin qarşısında duran bütün məsələlərin həllinə nail olaraq insanları rifah halında yaşayan dünyanın inkişaf etmiş ölkələri sırasına qədəm qoyacaq. Biz buna əminik. Məhz ona görə də dünya cənab Prezident İlham Əliyevi dünya səviyyəli qurucu lider kimi tanıyır və qəbul edir. Çünki o fəaliyyəti müddətində qarşısına qoyduğu bütün hədəflərə uğurla nail olub və olmaqdadır. Cənab Prezidentin rəhbərliyi altında Azərbaycan sıçrayışlı inkişafa nail olub. Biz yaxın gələcəkdə onun liderliyi altında Qarabağ və Şərqi Zəngəzurun regionun əməkdaşlıq mərkəzinə çevrilməsinin, Zəngəzur dəhlizinin də reallığa çevrilməsinin şahidi olacağıq”.