13 SENTYABR TARİXİNDƏ YAŞANMIŞ HƏRBİ İNSİDENT TƏSADÜFİ SAYILA BİLMƏZ

13 SENTYABR TARİXİNDƏ YAŞANMIŞ HƏRBİ İNSİDENT TƏSADÜFİ SAYILA BİLMƏZ 30 ildən artıq bir dövrdə dünya ictimaiyyəti Ermənistanın təcavüzlərinə göz yumdu, heç bir siyasi qiymət vermək istəmədi. Haqlı olan mübarizəmizi haqsız çıxarmağa çalışdı. Lakin dəmir yumruq altında birləşən Azərbaycan xalqı öz tarixinə şanlı 44 günlük müharibə və yenilməz qələbə səhifəsini yazdı. Bütün bunlara baxmayaraq düşmən əzilsə də öz mənfur əməllərindən əl çəkmir. 13 sentyabr tarixində Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törədilən genişmiqyaslı təxribatlar bütün dünyaya Ermənistanın revanşist niyyətlərini bir daha aydın göstərdi. Regionda sabitlik, davamlı inkişaf mühitinin yaranması destruktiv qüvvələrin marağında deyil və Ermənistan regionda gərginliyin yaradılması üçün istifadə olunub.
13 sentyabr tarixində baş vermiş təxribat Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasına hesablanıb.
Ermənistana dəstək göstərən, təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir.
Rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi də qərəzli xain planın vacib bir hissəsi olduğunu sübut edir. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün müdafiənin təşkilini çətinləşdirir. Bu təxribat hərbi cinayət kimi qiymətləndirilməsi, işğaldan azad olunmuş torpaqlarda basdırılmış minalar mülki əhalinin tələfatına səbəb olduğu üçün rəsmi İrəvan terrorçu ölkə kimi tanınmalı və hüquqi məsuliyyət daşımalıdır. Dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar buna öz reaksiyasını bildirməlidir. Regionda sülhün bərqərar olması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artmasına xidmət edir.
Təxribatların təkrarlanması yeni müharibə ehtimalını artırır. Bu səbəbdən ölkəmizdə yaşanan milli həmrəylik mühiti qorunmalıdır.
13 sentyabr tarixində baş vermiş təxribatlar bir daha sübut edir ki, əhalinin işğaldan azad olunmuş ərazilərə qaytarılması prosesində tələsmək olmaz. Bu proses prezident İlham Əliyevin dediyi kimi: “Planlı şəkildə həyata keçirilməlidir”. Mövcud istiqamətlərdəki planların ictimailəşdirilməsi yeni hərbi təxribatlara səbəb ola bilər. Buna görə ölkədə həmrəylik mühitinin və siyasi sabitliyin qorunmasının müstəsna əhəmiyyəti var.

Sabunçu rayonu, 213 saylı məktəb-liseyin
təlim-tərbiyə işləri üzrə direktor müavini Məleykə Abışova


Oxşar xəbərlər