Müharibə bitdikdən sonra 200 nəfərə yaxın insan minalar səbəbindən həlak olub və ya ağır yaralanıb" Cənab Prezident İlham Əliyevin İspaniyanın "El Pais" qəzetinə olan müsahibəsində vurğuladığı bu məqam rəsmi İrəvanın hərbi cinayətləri davam edirdiyini bir daha dünyaya duyurmuş oldu. İrəvan hələ də Azərbaycan torpaqlarında basdırdığı saysız minalarla bağlı dəqiq xəritələri təqdim etməyib. Nəticədə bu gün minlərlə insan mina təhlükəsi ilə üzləşir, hərbi və mülki şəxslər həlak olurlar.
İşğal zamanı ermənilər bilərəkdən minaları elə quraşdırıblar ki, ona düşən şəxsin sağ qalmaq ehtimalı olmasın. Bu həm də o deməkdir ki, Ermənistan məqsədli şəkildə Azərbaycanın daha çox dinc sakinini öldürməyə cəhd göstərir. Yəni ənənəvi erməni üsulu ilə - altdan tank əleyhinə, üzərindən isə piyada əleyhinə mina qoymaqla daha çox itkilərə nail olmağa çalışıblar. Adətən bu tip “sürpriz-minalar”dan diversiya, terror aktları zamanı istifadə olunur. Hər bir əməl onu törədənin kimliyini göstərir.
44 günlük müharibə zamanı peşəkar hərbçilərimiz minlərlə belə gözlənilməz təhlükələri vaxtında aşkarlayaraq böyük faciələrin qarşısını ala bilmişdilər. Amma indi müharibə bitdiyi üçün mina təhlükəsinin ən qorxulu fazası başlayıb. Bu günədək Ermənistan tərəfindən təqdim olunmuş minalanmış ərazilərin xəritələri qeyri-dəqiqliyi ilə seçilib. Bu cür düşmənçilik mövqeyinin, arzuolunmaz siyasi xəttin tutulmasında əsas məqsədlərdən biri işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasına mane olmaq, bölgədə hərbi gərginliyin aradan qalxmasına imkan verməməkdir. Bu, heç yeni siyasət də sayılmır. Ermənistanda bütün hakimiyyətlər dövründə daim dinc sakinlər və mülki şəxslər hədəf götürülüb.
Azərbaycan xalqı yaxın keçmişdə ardıcıl şəkildə dinc əhalinin raket atəşinə tutulmasını yaxşı xatırlayır. Döyüş meydanında Azərbaycan Ordusu ilə bacarmayan işğalçı ölkənin ordusu bunun əvəzini həmişə dinc insanlardan çıxmağa çalışıb. Bu gün də eyni proses baş verir. Görünür Ermənistan Türkiyəyə və Azərbaycana qarşı nifrət üzərində qurulmuş milli ideologiyasını dəyişmək istəmir. Qeyri-dəqiq xəritələr, ağır texnikanın keçmədiyi ərazilərdə - məsələn, meşələrdə - tank əleyhinə mina “tələlərinin”, ölüm ehtimalını artıran “mina-sürprizlərin” quraşdırılması – bütün bunlar Ermənistanın terror siyasətini davam etdirməsinin nəticəsidir. Qəribəsi odur ki, beynəlxalq təşkilatlar ardıcıl mina faciələrinə baxmayaraq, İrəvana heç bir təzyiq göstərmirlər. Az qala hər ay can alan mina partlayışları fonunda Ermənistana dəqiq xəritələrin verilməsilə bağlı nəinki çağırışlar edilmir, əksinə, susmaqla yeni hərbi cinayətlərin baş verməsinə şərait yaradılır. Azərbaycan isə ərazilərinin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan, BMT-dən daha fəal dəstək gözləyir. Əlbəttə, heç kimin dəstəyi olmadan da biz bunu bacaracağıq, amma həyatını itirən insanları geri qaytarmaq mümkün deyil axı... Ona görə, azad edilmiş ərazilərə gedən vətəndaşlarımız da maksimum dərəcədə ehtiyatlı davranmalıdırlar.
Bakıxanov qəsəbəsi, 80 saylı tam orta məktəbin
direktoru Təranə Müzəffərova