Bu gün görünən ondan ibarətdir ki, Qarabağ savaşında Azərbaycana uduzan Ermənistan öz məğlubiyyəti ilə barışmaq istəmir. Bu, həm bəzi rəsmi şəxslərin mövqeyindən, həm də Ermənistan cəmiyyətinin davranışlarından açıq-aydın hiss olunur.
Ermənistanda mövcud hakimiyyətin Rusiya ilə müqayisədə daha çox qərbmeyilli olması heç kimə sirr deyil. Bundan istifadə etməklə, Ermənistanın radikal, revanşist qüvvələri Rusiyadan dəstək alaraq bu ölkədə hakimiyyətə gələcəklərinə ümid edirdilər. Müxaliflərin “ Qarabağ klanı”nın rəhbərliyi altında bu ilin aprelin sonlarından başlatdığı etiraz aksiyaları da buna xidmət edirdi. Lakin erməni cəmiyyətinin əks mövqedə durması, radikallara dəstəkdən imtina etməsi vəziyyəti dəyişdi.
Əgər Ermənistandakı revanşistlər nəsə etmək istəsələr, bu dəfə onlar üçün daha ağır nəticələr olacaq. Bugün Ermənistan cəmiyyətində 44 günlük acı məğlubiyyətdən sonra revanşist fikirlərə səsləndirilir. 44 günlük müharibədə ordusu məhv olunan, siyasi böhran, iqtisadi tənəzzül, dərin sosial problemlər bataqlığında çapalayan Ermənistanın revanşist fikirlər səsləndirməsi sadəcə gülüş doğurur. Müzəffər Azərbaycan ordusu ermənilərin 30 ilə yaxın müddət ərzində qurduqları “keçilməz sədlər”i 44 gündə darmadağın etdi. Ermənistan ordusunu məhv etdi və özü də ən az itkilərlə, yüksək peşəkarlıqla, dünyada misli görünməmiş hərbi taktika ilə. Ermənistan təkcə döyüş meydanında deyil bütün istiqamətlərdə məğlub oldu. Ermənistan bugün nə qədər çalışda da, öz işğalçılıq siyasətinə beynəlxalq dəstək qazana bilmir, heç bir güc Azərbaycanı haqlı davranışından çəkindirə bilmədi. Bir çox ölkələr Azərbaycanın haqlı mövqeyini dəstəklədi, hətta Ermənistanın BMT-də Azərbaycan əleyhinə qətnamə qəbul etməsi cəhdi də puça çıxdı. Bəs görəsən ordusu məhv olan bir ölkə qüdrətli Azərbaycandan necə revanş ala bilər?
Azərbaycan həm insan kapitalı, həm də silah-sursat baxımından öz hərbi potensialının az bir hissəsindən istifadə etməklə düşməni əzəli torpaqlarından qovur. Bugün Azərbaycan bütün istiqamətlər üzrə inkişafını davam etdirir, hərbi qüdrətini daha da gücləndirir,ordunun peşəkarlığını daha da artırır. Bu baxımdan ermənilərin revanşist fikirləri sadəcə xülyadır. Yaxşı olar ki, ermənilər belə mənasız xülyalara qapılmaq əvəzinə düşdükləri dərin böhrandan çıxmaq haqqında düşünsünlər.
13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir.
Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi geniş miqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Müzəffər Azərbaycan ordusu düşmənin təxribatına layiqincə cavab verir.
Şəhidlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik. Qarabağ Azərbaycandır.
Ramana qəsəbəsi, 198 saylı tam orta məktəbin
tarix müəllimi Lalə Qiyasova