Rəsmi İrəvan dünyada hərbi cinayətkar və terrorçu dövlət kimi tanınmalıdır

Rəsmi İrəvan dünyada hərbi cinayətkar və terrorçu dövlət kimi tanınmalıdır Ermənistan cinayətkar bir dövlətdir. Dünya buna göz yumsa da, hər kəs kimin haqlı, kimin haqsız olduğunu yaxşı bilir. Ermənilər öz alçaq siyasətlərini hələ XX əsrin əvvəllərində büruzə vermişdilər. Azərbaycan hər zaman öz humanistliyi, qonaqpərvərliyi ilə seçilib. Amma təəssüflər olsun ki, bizim bu xeyirxahlığımız başımıza bəla oldu. Üstündən uzun illər keçdi. Biz müstəqilliyimizi əldə etdik. Ermənilər isə yenə də öz cinayətkar, terrorçu siyasətlərindən əl çəkmədilər. Onlar müstəqilliyini yenicə əldə etmiş bir dövlətin torpaqlarını öz himayədarlarının köməkliyi ilə zəbt etdilər. Bu adi bir müharibə deyildi. Bu insanlığın faciəsi idi. Ermənilərin Qarabağda etdiyi bu vəhşiliyi heç bir söz ilə tam ifadə etmək mümkün deyil. Bu vəhşiliyi, cinayəti Ermənistan 2-ci Qarabağ müharibəsində də göstərdi. Azərbaycanın mərd əsgərləri mübarizəni erməni əsgərləri ilə aparmasına baxmayaraq, ermənilərin əsas hədəfi sivil xalq idi. 2020-ci ilin sentyabrın 27-si tarixində başlayan 2-ci Qarabağ müharibəsi təkcə cəbhədə deyil, cəbhədən uzaq yerləşən şəhərlərimizdə də insan tələfatı ilə nəticələndi. Gəncə, Bərdə, Tərtər, Naftalan erməni terroruna şahid oldu. Biz böyük itkilər verdik. Neçə-neçə mərd oğullarımızı itirdik. Neçə ailə övladsız, atasız, qardaşsız qaldı. Biz bu oğulların sayəsində Qarabağı geri qaytardıq. Qarabağımızı geri qaytarsaq da, Qarabağ həmin Qarabağ deyildi. Şəhərlərimiz məhv edilmiş, ərazilər isə minalanmışdı. Kapitulyasiya müqaviləsi imzalansa da, rəsmi İrəvan minalanmış ərazilərin xəritəsinin verilməsindən boyun qaçırdı. 2022-ci il 13 sentyabr tarixində isə baş vermiş erməni təxribatı bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırdı. Onlar nəinki minalanmış ərazilərin xəritəsini vermək, hətta yenidən Azərbaycanı müharibə etməyə sövq etdilər. Bu bir neçə gündə Azərbaycan şəhidlər verdi. Amma yenə də Azərbaycan əsgəri öz torpağını qorumaqdan bir an da olsa, əl çəkmədi.
Ermənistanın törətdiyi cinayətlər saymaqla bitməz. Lakin dünya birliyi hələ də buna göz yumur. Ümid edirəm ki, gələcəkdə bütün dünya Ermənistanı cinayətkar və terrorçu ölkə kimi tanıyacaq.


Sabunçu rayonu, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnar Cəbiyeva


Oxşar xəbərlər