İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini, məğrurluğunu, yenilməməzliyini əks etdirdi

İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini, məğrurluğunu, yenilməməzliyini əks etdirdi XIX əsrin əvvələrindən Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğal edilməsi və Azərbaycanın şimal ərazisinə ermənilərin köçürülməsi Azərbaycanda soyqırım hadisələrinə bir təkan verdi.

Erməniləri Azərbaycan ərazisinə yerləşdirdikdən sonra orada olan mədəniyyət nümunələrini məhv etməklə, nə isə əldə etməyə çalışdılar. Amma bu mümkün olmadıqda, həmin milli və məvəni nümunələrimizi, tariximizi, musiqimizi, hətta mətbəximizi belə özəlləşdirməyə çalışdılar.

Mənfur ermənilər öz havadarları ilə birgə Azərbaycan Respublikasına qarşı təcavüzə başladılar. Təcavüzkar ermənipərəst qüvvələr də bu işdə çox fəallıq göstərərək Ermənistanın hərbi təcavüzünü dəstəklədilər. Onların səyi nəticəsində Ermənistan Azərbaycana hərbi təcavüz edərək, Dağlıq Qarabağı və onun ətrafinda 7 rayonu ( Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl) işğal etdi.

20 min azərbaycanlı həlak oldu, minlərlə insan itkin düşdü, girov götürüldü, 100 min nəfər yaralandı, 50 min nəfər müxtəlif xəsarət alaraq əlil oldu. Körpələr dəmir boruların içinə doldurularaq yandırıldı. Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətlər əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.

Erməni vandalizmini görərək bütün dünya susurdu. Niyə ???

İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının birliyini, məğrurluğunu, yenilməməzliyini əks etdirdi. Azərbaycan xalqı yumruq kimi birləşdi. 27 sentyabrdan başlayaraq 44 günlük müharibə Qələbə və zəfər paradı ilə tamamlandı. Azərbaycanın 3000 dən çox igid oğlu Vətən yolunda, ərazi bütövlüyümüz uğrunda Şəhidlik zirvəsinə ucaldı. Azərbaycan xalqı 30 ilə yaxın idi ki, bu qələbəni gözləyirdi. Ali Baş Komandanın müdrik siyasəti və Müzəffər ordumuz Azərbaycan tarixinə yeni Zəfər tarixi yazdı və bütün dünyaya “ Qarabağ Azərbaycandır!” elan etdi. “Yaşasın Azərbaycan əsgəri!”

“QARABAĞ BİZİMDİR”!!!

Ramana qəsəbəsi, 90 nömrəli məktəbin

Azərbaycan dili və Ədəbiyyat müəllimi Vəsilə Həsənova

Oxşar xəbərlər