Azərbaycan prezidenti İlham Əliyev.
1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra Azərbaycanın iki yerə parçalanması ilə kifayətlənməyən Çar Rusiyası qədim dövlətçilik ənənələrimizi məhv etmək üçün bir sıra tədbirlər görməyə başladı ki, bunlardan da biri heç vaxt dövləti olmayan ermənilərin kütləvi surətdə Osmanlı imperiyasından və İrandan Cənubi Qafqaza köcürüb Qarabağ, İrəvan, Naxçıvan və diğər bölgələrdə məskunlaşdirmağa başladı. Rəsmi məlumatlara əsasən, 1828–1830-cu illər arasında, yəni cəmi 2 il ərzində, Şimali Azərbaycana, o cümlədən Qarabağa İrandan 1825–1826 tarixləri arasında 18.000,1828-dən sonra 50.000, Osmanlı imperiyasından isə 84 min erməni köçürüldü. Qeyri-rəsmi erməni köçkünləri ilə birlikdə onların sayı 200 mini ötmüşdü. Köçürülmədən sonra Qarabağın etnik tərkibində ermənilərin sayı artmağa başladı. Bu köçlər nəticəsində Çar I Nikolay İrəvan Qarabağ və Naxçıvan xanlğı torpaqlarında bir erməni bölgəsi qurdu.
Bu köçürmələr sonrakı illərdə də davam etdirlməklə Azərbaycanın, xüsusilə Qarabağ bölgəsinin etnik tərkibini süni surətdə dəyişirdilər. Eyni zamanda köçürülən ermənilər Qarabağda olan Alban kilsələrini saxtalaşdıraraq onları erməni ibadətgahları kimi təqdim edirdilər.
Sonrakı illərdə də ermənilər müxtəlif yollarla bölgədə azərbaycanlıların sayını azaltmağa çalışırdılar. Nəhayət ermənilər Qarabağ böıgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsini açıq tələb etməyə çalışdılar. Yalnız Heydər Əliyevin Azərbaycana baş katib təyin edilməsindən sonrakı dövrdə, yəni 1969-1982-ci illərdə ermənilər geri çəkilməyə məcbur oldular. SSRİ baş katibi M.Qorbaçov hakimiyyətə gəlib H.Əliyevi vəzifəsindən və Azərbaycandan uzaqlaşdırdığından az sonra ermənilər yenidən açıq fəaliyyətə keçdilər və silah gücünə Azərbaycanlıları əvvəlcə Ermənistandan daha sonra Qarabağdan qovmağa başladılar. 1991-ci il noyabrın 26-da Azərbaycan parlamenti DQMV-ni milli ərazi qurumu kimi ləğv edir, "Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında" Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti və "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Azərbaycan SSR-in 1981-ci il 16 iyun qanununu qüvvədən düşmüş sayır.
Azərbaycan respublikası öz müstəqilliyini bərpa etdikdən sonra başlayan Birinci Qarabağ müharibəsi Azərbaycan əsgərlərinin qəhrəmancasına mübarizəsinə baxmayaraq uğursuzluqla başa çatdır. Dünyanın böyük dövlətlərinin ikili siyasəti, təcrübənin azlığı və zəif silahlanma kimi faktorlar Azərbaycanın 20% torpaqlarının itirməsinə 1 milyon adamın qaçqın və köçkünə cevrilməsinə səbəb oldu.
Ruhdan düşməyən Azərbaycan xalqı Ulu öndər H.Əliyev və onun layiqli davamçısı İ.Əliyevin rəhbərliyi ilə geniş abadlıq-quruculuq işlərinə, daxili və xarici siyasətə dəstək olmağa, bu yolla İşğal olunan torpaqların geri qaytarılmasına nail olmağa çalışırdı. Prezident İlham Əliyev uzun illər bu qondarma problemi dinc yolla həll etməyə çalışdı. Ermənilərin həyasızlığı artdığı bir zamanda Müzəffər Ali komandan İlham Əliyev dəmir yumruğu işə saldı.Heç kimin gözləmədiyə halda 44 günlük ikinçi Qarabağ savaşı Azərvaycan xalqının parlaq qələbəsi ilə nəticələndi. Bütün dünyanın gözü qarşısında qeyri adi döyüş əməliyyatları keçirən Azərbaycan əsgərləri tarix yazdılıar. İşgal olunan Qarabağ murdar düşmənlərdən təmizləndi, BMT, bir çox beynəlxalq təşkilatların həll eməkdə acizlik göstərdiyi problem həll olundu. 100 minlərlə adamın adı üzərindən qaçqın adı götürüldü.
Bu ölüm-dirim müharibəsinin bir nəticəsi də Azərbaycan prezidenti İ.Əiyevin uzaqgörən xarici siyasətinin uğurunun üzə çıxması oldu. Azərbaycan dost ölkələrin dəstəyini bir daha hiss etdi. Türkiyə, Pakistan, Ukrayna kimi dövlətlər beynəlxaq aləmdə Azərbaycanın haqq işində daim onun yanında olduqlarını elan etdilər. Böyük Britaniya, İtaliya kimi dövlətlər isə BMT, AB kimi beynəlxalq qurumların erməni havadarlarının səyi ilə ədalətsiz qərarlar qəbul olunmasının qarşısını kəsərək haqq ədalətin qorunmasına şərait yaratdılar.
Müharibə başa çatandan sonra Qarabağda böyük abadlıq işlərinə start verilib. Erməni vandallarının məhv etdiyi şəhərlərin , kəndlərin, yolların, kanalların məscid, məktəb və evlərin bərpası başlanılıb. Böyük qayıdışa coşğun hazırlıq gedir. Bu işdə də dost dövlətlər Azərbaycan xalqının yanındadır.
Zabrat qəsəbəsi X.Vəliyev adına 75 saylı məktəbin
tarix müəllimi Asif Hüseynov