Sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsı şanlı ordumuzun qələbəsi ilə başa çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edərək,xalqımıza böyük sevinc,fərəh hissi bəxş etdilər. Azərbaycan ordusu təkcə seperatistlərə qarşı deyil, Ermənistan Respublikasının hərbi birləşmələri, eləcə də PKK, PYD/YPG, ASALA və Yaxın Şərqin digər terror təşkilatlarından ibarət işğalçı və cinayətkar birləşmələrə qarşı mübarizə aparmışdır. Uzun illər Dağlıq Qarabağı özlərinə isti yuva edən terrorçu birləşmələrə qarşı mübarizə təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın təhlükəsizliyi baxımından mühüm addımlardan biridir.
İlham Əliyev 44 günlük müharibə dövründə və sonraki dönəmdə bir sıra xarici media nümayəndələrini qəbul etmiş, onların suallarını cavablandırmış, Azərbaycanın apardığı anti-terror əməlliyatının regiondakı vəziyyətə təsiri, Cənubi Qafqazın təhlükəsizliyi baxımından əhəmiyyətini dünya ictimayyətinin diqqətinə çatdırmışdır.
2 oktyabr 2021-ci ildə Prezident İlham Əliyev İspaniyanın EFE infomasiya agentliyinə müsahibəsində Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidənqurulması, Ermənistanla müharibə sonrası münasibətlər, Dağlıq Qarabağ ərazisində yaşayan 25000 erməni əsilli şəxslərin Azərbaycan vətəndaşlığına qəbul olunması, hərbi əsirlər, Dağlıq Qarabağın statusu ilə bağlı məsələlər barəsində yerli və dünya ictimayyətini maraqlandıran suallara münasibət bildirmişdir.
“Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi artıq mövcud deyil. İşğaldan azad olunmuş ərazilərdə 2021-i il iyulun 7-də Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb.Azərbaycan Ermənistan və onun havadarlarının arzularını gözlərində qoydu. Azərbaycan status-kvonu dəyişdi, bu gün münaqişənin həlli şərtlərini Azərbaycan diqtə edir.
Ermənistan İkinci Qarabağ müharibəsinin dərslərini unutmamalıdır.Ermənistan gələcəkdə müstəqil bir dövlət kimi mövcudluğunu qoruyub saxlamaq istəyirsə Azərbaycanın maraqları ilə hesablaşmalıdır.
Azərbaycan müharibə zamanı əsir götürülmüş şəxsləri Beynəlxalq konvensiyalara əsasən Ermənistana təhvil vermişdir. Lakin, Ermənistanın kapitulyasiya aktını imzalamasından sonra Azərbaycan ərazisinə daxil olaraq azərbaycanlı mülki əhaliyə və hərbiçilərə hücum etmiş 62 nəfər terrorçu və diversiya qrupunu zərərsizləşdirilərək, həbs edilmişdir.
Mina xəritələri aktual problemlərdən biridir.Ermənilər tərəfindən minalanmış sahələrin miqyası böyükdür.Minalanmış sahələrlə bağlı Ermənistan tərəfinin verdiyi xəritələrin dəqiqliyi 25 faizdir.
Müharibə təhdidlərindən qurtulmağın yeganə yolu, bölgə dövlətlərinin əməkdaşlığını təmin etməkdir.Türkiyənin “3+3” regional əməkdaşlıq platformasına dair təklifini Azərbaycan dəstəkləyir. Cənubi Qafqazın üç dövləti arasında və Türkiyə, Rusiya,İranla fəal regional əməkdaşlıq sülhü və dayanaqlı inkişafı təmin edə bilər.
Prezident İlham Əliyev müsahibəsində,mülki əhali üçün yeni qəsəbə, şəhərlərin və kəndlərin tikilməyə başladığını, elektrik enerji infrasturukturunun yenidən qurulduğunu, bu ilin sonu və ya gələn ilin əvvəlində artıq doğma Qarabağımızın öz ilk sakinlərini qəbul edə biləcəyini xüsusilə qeyd etdi. Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ dünyanın ən inkişaf etmiş regionlarından birinə çevriləcək.
Postmüharibə dövrünün yeni reallıqlarını artıq Azərbaycan diqtə edir. Ermənistan yeni realiqlarla hesablaşmalıdır. Prezident İlham Əliyevin dediyi kimi, “bu, cəsarət, qətiyyət, düzgün addımlar, hücum siyasətimiz nəticəsində mümkün olub. Ermənistan bununla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir”.
Bakıxanov qəsəbəsi, 80 saylı tam orta məktəbin
tarix müəllimi Aytən Sərdarlı