“Ötən il noyabrın 10-da imzalanmış Bəyanat, bəzi ölkələrin təqdim etmək istədiyi kimi, sadəcə, atəşkəs barədə Bəyanat deyil. Bu, atəşkəsdən daha böyük sənəddir, çünki burada gələcəkdə hadisələrin necə inkişaf edəcəyi, necə davam edəcəyi açıq-aydın göstərilir. O, kommunikasiyaların açılmasını təmin edir, sülhməramlı əməliyyatları təmin edir, o, regionda gələcək əməkdaşlığa dair Bəyanatdır”, - cənab prezident İlham Əliyevin də qeyd etdiyi kimi bu Bəyanat Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edir. 10 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən bəyanat imzalandı. Bəyanatda 10 Noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Qarabağ bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edildi.
Bəyanatın imzalanması nəticəsində uzun illər davam edən işğala son qoyuldu və münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları müharibəsiz, qan tökülmədən geri qaytarıldı. 44 günlük Vətən müharibəsi ölkəmizin tam qələbəsi ilə nəticələndi. Bütün dünya Azərbaycan xalqının birliyini gördü. Bütün müharibə boyu davam edən birlik və əzm öz sözünü dedi. Həm ön cəbhədə, həm arxa cəbhədə, həm də siyasi cəbhədə xalqımız tam qələbə çaldı. Azərbaycan Ordusunun zəfər çalması nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına tam şəkildə xidmət edir. Ali Baş Komandan cənab İlham Əliyevin israrlı, inamlı və qətiyyətli mövqeyi nəticəsində məğlub vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxarıldı və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur edildi.
Qarabağa heç bir status verilmədi və “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi artıq yoxdur. Bu "Böyük Ermənistan" xülyası ilə yaşayan kiçik bir toplumun saxta və riyakar mövqeyinin bariz göstəricisindən başqa bir şey deyildi və bütün dünya gördü ki, Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Qarabağın bütün rayonları qeyd-şərtsiz Azərbaycana qaytarıldı. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətinə verildi. Bu gün Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir və hər bir Azərbaycanlı Vətənin hər bir qarışını göz bəbəyi kimi qoruyur.
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin müəllimi
Mehriban Poladova