DAŞKƏSƏNDƏ AVQUSTUN 5-DƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV DAŞKƏSƏN QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB

DAŞKƏSƏNDƏ AVQUSTUN 5-DƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV DAŞKƏSƏN QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB Avqustun 5-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Daşkəsən qəsəbəsində keçirdiyi səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Qəbulda avqustun 3-də Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini atəşə tutması nəticəsində şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlunun, o cümlədən ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərimiz əziz xatirəsi yad edilib.

Əhəd Abıyev bildirib ki, Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin növbəti dəfə atəşkəsi pozmasından sonra Azərbaycan Ordusunun başlatdığı “Qisas” adlanan uğurlu antiterror əməliyyatı nəticəsində ordumuz yeni döyüş mövqeləri qazanmaq istəyən düşmənin bölmələrini, dərinlikdəki hədəflərini tamamilə məhv edib və növbəti parlaq qələbə qazanıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyi sayəsində tezliklə Naxçıvana nəqliyyat yolunun bərpası həyata keçəcək və bu da xalqımızın tam uğurlu qələbəsi olacaq.

Daha sonra Əhəd Abıyev çıxışında diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə vətəndaşlarla görüşməkdə məqsəd problemlərlə yerində tanış olub həllinə köməklik göstərməkdir.

Daşkəsən rayonunda görülmüş işlər barədə geniş məlumat verən icra başçısı Daşkəsən qəsəbə inzibati ərazi vahidliyində də xeyli abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü bildirib. Əhəd Abıyev qeyd edib ki, ötən dövrlərdə Daşkəsən qəsəbə tam orta məktəbinin binası yenidən tikilib, Daşkəsən qəsəbə ümumi orta məktəbinin modul tipli təzə binası quraşdırılaraq istifadəyə verilib, qəsəbənin uşaq bağçası əsaslı təmir edilib, əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı tam həll olub, Daşkəsən qəsəbəsinə təbii qaz verilib, həmçinin qəsəbəyə gələn avtomobil yolunun bir hissəsi asfaltlanıb və bu işlər tezliklə davam etdiriləcəkdir.

İcra başçısı Əhəd Abıyev Daşkəsən qəsəbə sakinlərinin müraciət və təkliflərini həssaslıqla dinləyərək onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, bir qismi də baxılması üçün nəzarətə götürülüb.

Daşkəsən qəsəbə sakinləri çıxış edərək Vətən müharibəsində qazanılan misilsiz qələbəyə və respublikamızda, o cümlədən Daşkəsən rayonunda sosial-iqtisadi inkişaf sahəsində qazanılan uğurlara, həmçinin onlara göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini


DAŞKƏSƏNDƏ AVQUSTUN 5-DƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV DAŞKƏSƏN QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNDƏ AVQUSTUN 5-DƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV DAŞKƏSƏN QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNDƏ AVQUSTUN 5-DƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV DAŞKƏSƏN QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNDƏ AVQUSTUN 5-DƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV DAŞKƏSƏN QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNDƏ AVQUSTUN 5-DƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV DAŞKƏSƏN QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNDƏ AVQUSTUN 5-DƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV DAŞKƏSƏN QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNDƏ AVQUSTUN 5-DƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV DAŞKƏSƏN QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNDƏ AVQUSTUN 5-DƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV DAŞKƏSƏN QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNDƏ AVQUSTUN 5-DƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV DAŞKƏSƏN QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİBDAŞKƏSƏNDƏ AVQUSTUN 5-DƏ İCRA BAŞÇISI ƏHƏD ABIYEV DAŞKƏSƏN QƏSƏBƏSİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB

Oxşar xəbərlər