Xətai rayonunda küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılıb
Rayonun kommunal xidmətlərinin əməkdaşları tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görülüb.
Bununla yanaşı, yaşayış binalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında da tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
Qeyd edək ki, bununla əlaqədar sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə bu gün küçəyə çıxmamaq tövsiyyə olunub.
Xətai rayonunda abadlıq, təmizlik işləri üzrə iməcilik keçirilir
Xətai rayon İcra hakimiyyətinin təşəbbüsü ilə rayon ərazisində irimiqyaslı təmizlik və abadlıq işləri üzrə iməcilik keçirilir.
Görülən işlər çərçivəsində yeni ağaclar, kollar əkilir, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir, təbii gübrələr verilir. Həmçinin ağacların qurumuş budaqlarının budanması, yaşıllıq zolaqları və parklarda qazon örtüyünün yenilənməsi aparılır.Magistral və məhəllədaxili yollar təmizlənir, mövcud yaşıllıqlara xüsusi diqqət göstərilir, yabanı otlar təmizlənir, eyni zamanda, ərazidə olan bərk məişət tullantıları daşınır, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı, yol işarələri və dayanacaqlar təmizlənir.
Rayonun sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin, bələdiyyələrin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, eyni zamanda, idarə və müəssisələrinin əməkdaşları aparılan abadlıq və təmizlik işlərinə cəlb edilmişlər.
N.Tusi küçəsində abadlıq işləri davam edir
Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir. Abadlıq-quruculuq tədbirləri çərçivəsində rayonun Nəsrəddin Tusi küçəsində də yolboyu abadlıq və yaşıllaşdırma işlərinə başlanılıb.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev - Dövlətin bütün təşəbbüslərinin mərkəzində duran əsas amil insan və onun sosial rifahıdır. Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.
Bununla belə, son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.
Azərbaycan Respublikasının Prezidenti Cənab Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş siyasət 44 gün davam edən və Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, ölkədə həyata keçirilən siyasi və iqtisadi islahatlar , sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar imkan verir ki, gələcəkdə də Azərbaycan bütün sahələrdə daha yüksək nəticələr əldə etsin.
Bu məsələlər haqda Azərbaycan Resublikasının Prezidenti Cənab İlham Əliyev daima çıxışlarında söyləmişdir ki, “ İşğaldan azad olunmuş ərazilərdə qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın yüsəlməsi üçün nə lazımdırsa, edəcəyik”. Məhz Ali Baş Komandanın qətiyyətli siyasəti işğaldan azad olunmuş ərazilərdə mədəniyyətin, iqtisadiyyatın əsasda qeyri-neft sektorunun inkişafına yüksək təkan olcaqdır.