Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisat hesab olunan Qoşulmama Hərəkatı 1961-ci ildən fəaliyyət göstərir. Azərbaycan 2011-ci ildən bu təşkilatın qeyri-daimi üzvüdür. Qoşulmama Hərəkatının vacib bir təşəbbüsü olan Gənclər Şəbəkəsi institusional inkişaf üçün atılmış addımlardandır. Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyi yekdil şəkildə dəstəklənmiş və 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi uzadılmışdır. Bu dünya ölkələri tərəfindən ölkəmizə böyük bir hörmətin və fəaliyyətimizin qiymətləndirilməsinin əlamətidir. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılması təşəbbüsü təqdirəlayiq haldır.
Ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi Azərbaycan tərəfindən əsas kimi qəbul edilən Bandunq prinsiplərinə təşviqə Azərbaycan öz töhfəsini verməyə çalışır.
Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 pandemiyasının dünyada tüğyan etdiyi zamanla üst-üstə düşdü və Azərbaycan bu xəstəliklə mübarizədə fəal rol oynayan ölkələrdən biri idi. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi üçün ilkin addımlardan biri idi.Eyni zamanda Azərbaycanın təşəbbüsü ilə hazırlanmış ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı məlumat bazası Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən geniş istifadə olunmuşdur. Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək də göstərildi.
Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq obyektiv mövqe göstərərək ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparır. Lakin Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə siyasəti, bir milyon azərbaycanlnın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi və s kimi faktların göz ardı edilməsi mümkün deyil. Azərbaycan xalqı təqribən 30 il ərzində gözləyirdi ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək,ancaq hadisələrin inkişafı bunun belə olmadığını göstərdi. Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac qalmadı, Azərbaycan xalqı öz haqq işini özü bərpa etmək məcburiyyətində qaldı. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi.
Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma rolunu oynayır. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına yönəlik olmuşdur.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
tarix müəllimi Xəyalə Əsgərli