Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və bütün ölkələr öz problemlərini, haqq səslərini dünya miqyasında eşidilməsini istəməklə bu prosesə öz töhfələrini verməkdədirlər. Parlament şəbəkəsi təkcə ölkəmizin irəli sürdüyü və digər ölkələrin dəstəyi ilə qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir ki, növbəti ay Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və Azərbaycanın irəli sürdüyü, üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır ki, bu da bu qurumun dünyəvi proseslərə təsiri və öz sözünü deməyə qadir olduğunun əyani sübutudur.
Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə qoşulandan bəri fəaliyyətinin ilk günlərindən həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışmışdır ki, bu da ölkəmizin beynəlxalq çərçivədə sülh və əməkdaşlıq, təşviqetmə və inkişaf istiqamətində öz sözünü deməyə qadir olduğunun bariz nümunəsidir. Ölkəmiz Bandunq prinsiplərini qəbul etməklə bu prinsiplərin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün əsas faktor roluna sahibliyini daim təsdiqləmişdir.
“Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı.” - deyən cənab Prezident Azərbaycanın multikultural dəyərlərə önəm verən və sülh tərəfdaşı bir ölkə olduğunu vurğulamaqla dünya ölkələrinə müxtəlif istiqamətli mesajlar ötürdü. Və bütün bunlar qalib ölkənin proqress yolundakı yorulmaz addımlarının təcəssümü kimi biz Azərbaycan vətəndaşlarında hər zaman qürur və fəxarət hissinə səbəb olur.
Sabunçu rayonu, 80 №-li tam orta məktəbin
direktoru Təranə Müzəffərova