Prezident: "Azərbaycan Qoşulmama Hərəkatının rolunun möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcək"

Prezident: “Qoşulmama Hərəkatının sədri olaraq, Azərbaycan bu təşkilatın beynəlxalq münasibətlərdə qlobal problemlərin həll edilməsi, ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv ölkələrin qanuni maraqlarının müdafiəsi istiqamətində rolunun bundan sonra da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcək”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illiyinə həsr olunan yüksək səviyyəli yubiley forumunun iştirakçılarına videoformatda müraciəti zamanı deyib.

Dövlət başçısı Azərbaycanın 2011-ci ildə Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul edildiyini, təşkilat üzvlərinin tam etimadını qazandığını və 2016-cı ildə yekdilliklə təşkilatın 2019-2022-ci illər üçün sədri seçildiyini bildirib.

Oxşar xəbərlər