Ermənilər tərəfindən 30 ilə yaxın davam edən işğal ərzində bütün şəhərlərimiz və kəndlərimizdə barbarlıq və vandalizm aktları həyata keçirilib, bütün şəhər və kəndlər dağıdılıb. Qeyd edim ki, ərazilərimiz işğal olunan zaman əsir götürülən istər dinc əhalimiz, istərsə də hərbiçilərimiz işğal edilmiş ərazilərimizdə söküntü işlərinə zorla cəlb olunmuşdular.Söküntüdə iştirak etmək onların yaşaması üçün və ya işgəncəyə məruz qalmamaları üçün vasitə idi. Kütləvi dağıntılar Birinci Qarabağ müharibəsinin deyil, 30 il çəkən işğal zamanı Ermənistanın törətdiyi barbarlıq və vandalizmin nəticəsidir. Bütün kəndlərimiz və şəhərlərimizin əksər hissəsi dağıdılıb və yerlə-yeksan edilib. Bəzi rayonlarda, məsələn, Kəlbəcərdə, Laçında və qismən, Zəngilanda və Şuşada rəsmən Ermənistan hökumətinin sponsorluq etdiyi qeyri-qanuni məskunlaşma proqramı həyata keçirilmişdir. Misal üçün qeyd edə bilərəm ki, Füzuli rayonu işğal olunan zaman Qacar kəndi tamamilə yandırıldı, yerlə yeksan edildi. Lakin, işğaldan azad olunan Füzuli rayonunun Qacar kəndinə baxsaq orada ermənilərin özlərinə məxsus yeni bir kəndin inşa etdiklərini görərik. Burada məskunlaşan ermənilər üçün hətta məktəb binası da inşa edilmişdir. Kəndin girişindən sonuna kimi isə işğal zamanı xüsusi qəddarlığı ilə seçilən erməni separatistlərinin şəkilləri olan plakatları görməmək mümkün deyildi.İşğaldan azad olunduqdan sonra doğulduğum və boya başa çatdığım Füzuli rayonunun Pirəhmədli kəndinə getdiyim zaman gördüyüm mənzərə hələ də gözümün önündə hansısa bir qeyri adi vəhşiliyi nümayiş etdirir, kəndimiz demək olar ki, indiyə kimi heç bir yerdə görünməyən vəhşilik görmüşdü, hətta qəbiristanlıqdakı cansız cəsədlər də yerində yox idi, sümüklər belə harasa daşınmışdı məzar daşları ilə birlikdə. Bu, beynəlxalq konvensiyaların kobud pozulmasıdır.
1988 – ci ildən baş qaldıran erməni separatizmi xüsusi hazırlanmış separatistlər tərəfindən həyata keçirilirdi.Əslində Azərbaycanda və xüsusilə Qarabağ və ətraf rayonlarda yaşayan dinc erməni vətəndaşlarımız üçün separatistlərin(saqqallıların) siyasəti və əməlləri arzu olunan deyildi. Bunu dinc erməni vətəndaşları da ilk olaraq qeyd edirdilər. Lakin, separatistlər dinc ermənilərin özlərini də onlara qoşulmağa məcbur edir, belə ki, gəncləri formalaşdırdıqları silahlı dəstələrə məcburən qoşurdular.Tabe olmayanları isə erməni xalqının düşməni kimi qələmə verir və həbs edirdilər. Həbs etdikləri erməniləri ayrıca taborda cəmləşdirib ərazilərimizə hücum əməliyyatının önünə göndərirdilər, əff o zaman olunacaqlardı ki, ərazilərimizi işğal edəcəklərdi, döyüşdən geri dönüb yayınanlar isə arxadan güllələnirdi.Buna paralel olaraq erməni təbliğat maşını ideoloji olaraq işləyirdi, saxta tarix kitabları tədris olunur, gənclərin beyni zəhərlənir, Böyük Ermənistan xülyası ilə yetişdirilirdilər.Amma buna baxmayaraq tam əminliklə deyə bilərəm ki, heç də Azərbaycanda yaşayan (hətta Qarabağda) ermənilər bu siyasətə tam inanmırdılar.İkinci Qarabağ müharibəsindən sonra alınan pozitiv siqnallar da buna nümunədir. Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq. Bunun üçün ermənilər, ilk növbədə, separatizm meyillərinə son qoymalı, reallıqları anlamalıdırlar. Xəritəyə, coğrafiyaya nəzər yetirməli və anlamadırlar ki, yüz minlərlə azərbaycanlı ən yaxın gələcəkdə Kəlbəcərə, Laçına, Şuşaya, Füzuliyə Ağdama qayıdacaq və onlar belə bir mühitdə, qonşuluq şəraitində yaşamalı olacaqlar.
Regionumuzda təhlükəsizlik və əməkdaşlığa bu günümüz və sabahımız prizmasından baxmalıyıq. Azərbaycanın iqtisadi fəaliyyəti də sabitlikdən qaynaqlanır. Davamlı sabitlik isə təhlükəsizliyin tərkib hissəsidir. Bunu ermənilər də başa düşürlər ki, Qarabağ və ətraf ərazilərdə İllərlə ac yalavac və qorxu içində yaşayırlar.Lakin, sülh şəraitində Azərbaycanın vətəndaşı olaraq yaşamaq onlar üçün böyük xoşbəxtlikdən xəbər verir.
Ermənistan qonşu ölkələrin münasibətlərindən bəzən arxayınlıq hissi keçirir və uzun illərdir ki, sülh danışıqlarına əngəl olan əməllərə əl atırdı. Lakin, hətta qonşu Rusiya ilə olan münasibətlərimiz və Cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində bu ölkə İkinci Qarabağ müharibəsinin sona çatdırılmasında fəal iştirak edib və onların sülhməramlı qüvvələri müvəqqəti olaraq Azərbaycanda, Qarabağdadır. Rusiya ilə Cənab Prezidentimizin başçılığı ilə üzərində uzun illər ərzində çalışdığımız çoxsaylı məsələlər var – iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət və humanitar sahələrdə. Biz Rusiyadan böyük həcmdə silah və avadanlıq alırıq, ancaq həmin silahları Ermənistandan fərqli olaraq bazar qiymətinə alırdıq. Ermənistan isə onları havayı əldə edirdi.Bu gün isə reallıq başqadır. Bizim qoyduğumuz şərtlər məhz cənubi Qafqazda sülhün və əminamanlığın təməli olacaqdır.
Eyni zamanda Türkiyə ilə də münasibətlərimiz indiyə kimi görünməyən fazada davam edir və Türkiyə ilə münasibətlərin yeni fazası dinamik olaraq artıqca yeni və gözəl mənzərə yaranır... Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik, bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində.
Türk şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə yaxından iştirak edirlər ki, bu da sıfırdan başlanan inşa prosesinə güclü təkan verir.Eyni zamanda Qarabağ və Şuşa üzrə xüsusi nümayəndələr təyin olunub. Digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək. Bu yeni idarəçilik modelini sınaqdan keçiririk. Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və o qədər də hərtərəfli düşünülməmişdir. Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq.
Sabunçu qəsəbəsi, 215 nömrəli tam orta məktəbin
direktoru Cavad Mustafayev