Prezident İlham Əliyevin 29 apreldə keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında diqqət yetirdiyi məsələlərdə biri də Şuşa Bəyannaməsinin dünyaya verdiyi mesaj, “Nəqliyyat dəhlizlərinin açılması ilə bağlı Ermənistanın nəhayət qərar verməlidir ” bəyanatı oldu.
“Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik, bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində”.
İyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə münasibətlərini yeni müstəviyə qaldırıb. Qısa zaman keçməsinə baxmayaraq artıq görürük ki, Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşa şəhərində imzalanan bu bəyannamə necə böyük tarixi əhəmiyyətə malik sənəddir. Bu tarixi sənəd hərbi, müdafiə, təhlükəsizlik, siyasi və iqtisadi məsələləri, ticarət münasibətləri, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi kimi mühüm məsələləri özündə əks etdirir. Artıq bu məsələlərin bir çoxunun reallaşdırılması istiqamətində ciddi işlər həyata keçirilir. İki dost və qardaş ölkə arasında strateji əməkdaşlığı dərinləşdirən bu tarixi hadisə eyni zamanda regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, xüsusilə də Azərbaycanın sərhədlərinin toxunulmazlığına yeni imkanlar yaradır. Sənəddə qeyd edilənlər prinsip etibarı ilə tərəflərin hərbi və müdafiə sahəsində əməkdaşlıqlarını daha da sıxlaşdırır və onun dərinləşməsi üçün geniş imkanlar açır. Dünyaya da mesaj verilir ki, bundan sonra istənilən halda Türkiyə Azərbaycanın təhlükəsizliyinin əsas təminatçılarından biri hesab edilir. Bu sənədə görə, Azərbaycana qarşı istənilən xarici təhlükə və təhdid halında Türkiyənin müdaxilə etmək hüququ var. Bu məqam son dərəcə mühümdür. Əbəs yerə deyil ki, bu bəyannamə Qars müqaviləsinin davamı kimi qiymətləndirilir. Ümumiyyətlə, əgər Qars müqaviləsi təkcə Naxçıvan Muxtar Respublikasının qarantı idisə, Şuşa Bəyannaməsi birbaşa olaraq Azərbaycanın bütövlükdə təhlükəsizliyini təmin edən bir sənəddir. Bu müqavilənin ən əhəmiyyətli strateji əhəmiyyəti həm də budur.
Bununla yanaşı çıxışında Cənab Prezident həm də qeyd edib ki, Cənubi Qafqaz inteqrasiya edilmiş təhlükəsizlik və əməkdaşlıq məkanı olmalıdır. Azərbaycan və Gürcüstan arasında ikitərəfli və artıq beynəlxalq səviyyədə çox sıx əməkdaşlıq var. Lakin, Ermənistan bu bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Onlar münasibətləri normallaşdırmalıdırlar, Azərbaycana və Türkiyəyə ərazi iddialarına son qoymalıdırlar və Cənubi Qafqazda üçtərəfli səviyyədə hər hansı qarşılıqlı təmasdan çəkinməli deyillər. Azərbaycan nəqliyyat dəhlizlərinin qısa müddətdə reallaşdırılmasını istəyir. Ermənistan, nəhayət, qərar verməlidir ki, onlar bunu necə görmək istəyirlər. Zəngəzurdan yoxlamasız keçid məsələsinə sadiqik və Ermənistanın bunun bir hissəsi olması üçün biz, hətta elektrik xətləri haqqında düşünə bilərik.
Göründüyü kimi müharibədən sonrakı dövrdə də aparılan balanslı siyasət, regiondakı vəziyyətin düzgün qiymətləndirilməsi və strateji müttəfiqlərimizdən olan Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması bir daha onu təsdiq edir ki, Cənab Prezident tərəfindən ölkəmizin mənafeyi üçün çox ciddi addımlar atılır. Bu addımların bəhrəsini yaxın gələcəkdə çox aydın şəkildə hiss edəcəyik.
Sabunçu qəsəbəsi, 68 nömrəli tam orta məktəbin
direktor müavini Asiman Paşayev