“Ötən ilin iyununda Prezident Rəcəb Tayyib Ərdoğanla imzaladığımız Şuşa Bəyannaməsi imzalanması bizim qardaşlığımızın və əməkdaşlığımızın bariz nümunəsidir”.
Bu sözləri Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində keçirilən “İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
Azərbaycanın Türkiyə ilə bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində müttəfiq olduqlarını vurğulayan dövlət başçısı qeyd edib: “Şuşa Bəyannaməsi biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik”.