15 iyun tarixində imzalanmış, Türkiyə-Azərbaycan müttəfiqliyini nəzərdə tutan Şuşa Bəyannaməsi bir çox istiqamətləri özündə əks elətdirməklə, Türkiyə-Azərbaycan münasibətlərinin daha yüksək səviyyəyə, daha yüksək mərhələyə qədəm qoyduğunu, həm region xalqlarına, həm regionda maraqları olan böyük dövlətlərə və ümumiyyətlə, bütünlüklə dünya ictimaiyyətinə bir daha çatdırmış, bəyan etdirmiş oldu. Şuşa Bəyannaməsini bir neçə istiqamətdə təhlil etmək lazımdır.
Birincisi, Türkiyə və Azərbaycanın ən yüksək səviyyədə imzası ilə təsdiqlənən Şuşa Bəyannaməsi ilə Azərbaycanın ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və dövlət suverenliyinin qarantı rolunda Türkiyənin çıxış etdiyi açıq şəkildə bəyan edildi.
Bu bəyannamənin ikinci mühüm istiqamətlərindən biri ondan ibarətdir ki, sənəddə açıq şəkildə bildirildi ki, Azərbaycanda ordu quruculuğu, eyni zamanda, milli təhlükəsizlik şuralarının iclasları Türkiyə ilə birgə şəkildə həyata keçiriləcək. Üçüncü bir istiqamət ondan ibarətdir ki, Şuşa Bəyannaməsində açıq şəkildə bəyan edildi ki, bu sənəd 2021-ci ilin oktyabr ayında 100 illiyi tamam olan Qars Müqaviləsinin bir növ davamıdır. Ötən 100 il ərzində Qars Müqaviləsi Naxçıvanın təhlükəsizliyi və Naxçıvana ola biləcək təhdidlərin qarşısını necə aldısa, Şuşa Bəyannaməsi də eyni formada, eyni səviyyədə Azərbaycanın təhlükəsizliyinə, mövcudluğuna istənilən üçüncü dövlət tərəfindən baş verə biləcək təhdidlərin qarşısını alacaqdır.
Dördüncü istiqamət kimi bəyannamədə bir sıra ticarət mallarının, Türkiyə və Azərbaycan istehsalı olan bir sıra məhsulların qarşılıqlı şəkildə gömrük rüsumundan azad olunmaqla ticarət dövriyyəsinə cəlb edilməsidir. Bu razılaşma Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin qısa bir müddət ərzində ən yüksək səviyyəyə çatdırılmasına imkan verəcək çox mühüm uğurlu bir iqtisadi addımdır. Türkiyə Prezidenti cənab Ərdoğanın da qeyd etdiyi kimi, hədəf 2023-cü ilə qədər Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin 15 milyard dollar həcminə qaldırılmasıdır. Bu bəyannamədə qeyd olunan gömrük rüsumundan azad olmalar məhz ticarət dövriyyəmizin bu həddə qədər yüksəldilməsinə imkan verəcək.
Könül İmamverdiyeva, 75 saylı orta məktəbin ibtidai sinif müəllimi