Qardaş Türkiyə dövlətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri və səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə işğaldan azad olunmuş Şuşa şəhərinə getməsi, eləcə də hər iki dövlət başçısının qədim Şuşa şəhərindən, Xurşidbanu Natəvanın erməni qəsbkarları, işğalçıları tərəfindən dağıdılmış sarayı qarşısından dünyaya mühüm mesajlar vermələri özündə bir çox əhəmiyyətli məqamları, vacib siyasi, regional və iqtisadi elementləri ehtiva etməkdədir. Azad Qarabağda qlobal çağırışların məhz Bakı və Ankara tərəfindən səsləndirilməsi isə növbəti proqnozları müəyyən etməyə imkanlar yaradır.
Beləliklə, imzalanmış tarixi deklarasiyadakı hər maddə, hər ifadə isə məhz belə qənaətə gəlməyə zəmin yaradır: qarşıda bizi daha böyük zəfərlər gözləyir və onların hər biri artıq sarsılmaz müttəfiqlərə çevrilmiş Azərbaycan və Türkiyənin istər regiondakı, istərsə də beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirəcək. Şuşa bəyannaməsi istər xaraktercə, istərsə də Cənubi Qafqaz reallığına baxış prizmasından yeni nəfəs gətirir. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa görüşünə qədər verdiyi bəyanatlarını da xatırlayarsaq bu zaman həm də belə bir nəticəyə gəlmək olar ki, artıq bütün müvafiq addımlar atılıb, qərarlar verilib və qalır Ermənistanın doğru nəticə çıxarmasına ki, bu da regionun inkişafı, tərəqqisi üçün önəmli bir məsələdir.
Digər tərəfdən, tarixi Şuşa bəyannaməsi həm Bakı, həm də Ankara üçün ona görə əhəmiyyət kəsb edir ki, regionun təhlükəsizliyi, tərəqqisi istiqamətində atılacaq hər bir addım, veriləcək hər bir qərar Azərbaycanla Türkiyənin regionda birmənalı söz sahibi kimi çıxış etmələrinə geniş imkanlar yaradır.
Həsənova Ulduz, 21 saylı şəhər poliklinikasının baş həkimi