Yüz üç (103) il bundan əvvəl - 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik,vətənpərvərlik hisslərini daha da gücləndirdi.
Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Cümhuriyyətin yarandığı 28 May – Respublika Gününü bu il də milli bayram kimi qeyd edir. İlham Əliyev özünün twitter hesabında 28 May - Respublika Günü ilə bağlı paylaşım edib. Dövlət başçısının paylaşımında Şuşa şəhərinin fonunda üzərində Azərbaycan bayrağı və 28 May - Respublika Günü sözləri yer alıb.
Bir sıra ölkələrin dövlət başçıları, yüksək vəzifəli rəsmiləri 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayırlar.
Həmin məktubları təqdim edir:
Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
İki bədəndə bir can olduğumuz qardaş Azərbaycanın Respublika Gününü ürəkdən təbrik edir, Tək Vətən Hərəkatındakı zəfərlə birgə daha anlamlı hala gələn bu xüsusi gündə Azərbaycan Türkü qardaşlarımızı salamlayırıq”, - deyə qeyd olunub.
Pakistan İslam Respublikasının Baş naziri İmran Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
ABŞ dövlət katibi- Entoni Blinken Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. “Respublika Günü münasibətilə Amerika Birləşmiş Ştatları hökuməti adından Azərbaycan xalqını təbrik edirəm”.
Bakıxanov qəsəbəsi, 252 nömrəli məktəb- liseyin ibtidai sinif müəllimi Hümmətova Vəfa Bayram qızı