Təqvimlər 2018-ci ili göstərəndə Azərbaycanda növbəti dəfə prezident seçkiləri baş tutdu.Seçki marafonunda 8 namizəd mübarizə apardı. Prezident İlham Əliyev seçicilərin 86,02 faizinin səsini qazanaraq dövlət başçısı kimi bir sıra uğurlara imza atdı.Niyə xalq növbəti dəfə seçimini Prezident İlham Əliyevin xeyrinə etdi? Bunun birinci səbəbi ölkədə sabitliyin hökm sürməsi, siyasi,iqtisadi,hərbi,sosial sahadə uğurların qazanılması ilə bağlı idi. Bununla yanaşı Azərbaycanın beynəlxalq aləmdə dayaqları daha da möhkəmləndi.Bir sözlə insanlar inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcəyə səs verdi. 2003-2018-ci illər ərzində maaşlar təxminən 7 dəfə, pensiyalar 10 dəfədən çox artdı.Sosial infrastruktur inkişaf etdi, o cümlədən 3100-dən çox məktəb və 640-dan çox xəstəxana tikilib və təmir edildi. Bölgələrdə 43 Olimpiya İdman Mərkəzi yaradıldı.Qeyd olunan rəqəmlər onu göstərir ki, sosial siyasət daim diqqət mərkəzində olub.
Bununla yanaşı 2003-2018-ci illərdə iqtisadiyyatın neft-qaz sektoru əsaslı şəkildə inkişaf etdı.Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və ölkə böyük gəlirlər əldə etməyə başladı.2007-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirdı. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin təməli qoyuldu. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu. Avropada bu gün baş verən proseslər əsası Azərbaycan tərəfindən qoyulan layihələrin əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin qətiyyətli addımı, gələcəyə hesablanmış qərarları, bölgənin siyasi-iqtisadi mənzərəsini kökündən dəyişdi. Bir vaxtlar borc alan ölkə indi borc verən,dünya siyasətində söz sahibi olan dövlətə çevrildi.
2003-2018-ci illər milli maraqların qorunmasına xidmət edən strateji nailiyyətlər dövrüdür. Azərbaycan Ordusu təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından güclü ordular sırasına daxil oldu. 2016-cı ilin aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Vətən müharibəsinə gedən yolun təməli 4 günlük Aprel döyüşlərində qoyuldu. Xalqın öz ordusuna inamı daha da gücləndi.
2003-2018-ci illərdə Azərbaycan qlobal rəqabətlilik indeksində dünyadakı mövqeyini xeyli gücləndi. DavosDünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 35-ci pillədə qərarlaşdı. MDB məkanında liderliyini qoruyub saxladı. Azərbaycan dünyada ən çox islahat aparan 10 ölkədən biri kimi tanındı.
Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrildi. 2003-2018-ci illər ərzində ölkədə böyük infrastruktur layihələr reallaşdırıldı. Ölkə daxilində 30-dan çox elektrik stansiyası tikildi.Onların generasiya gücü 3900 meqavata bərabərdir.
Bu dövr ərzində yol və nəqliyyat infrastrukturu da sürətlə inkişaf etdi. Ölkədə 15 min kilometr yeni yol çəkilişi təmin edildi.Yeddi aeroport tikildi, onlardan altısına beynəlxalq status verildi. Xəzər dənizində ən böyük yeni ticarət limanın inşası başlandı.
2003-2018-ci illər ərzində kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görüldü.Dörd böyük su anbarı tikilərək hər il 100 mindən çox hektara yeni su mənbəyi gətirildi.2003-2018-ci illərdə böyük idman uğurları əldə olundu.İdmançılar 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazandı.Azərbaycan həmin illərdə 7 Olimpiya Oyunlarında iştirak etdi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlara imza atmağa davam edəcək.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
direktoru Ruhiyyə İbrahimova