Dünya tarixində çox nadir xalqlar var ki, xalqın içindən çıxıb xalqı üçün savaşan, öz şəxsi mənafeyindən çox, xalqın mənafeyini ali tutan liderləri olsun. Azərbaycan xalqı da belə nadir və şanslı xalqlardandır.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin 5 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, 2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkilərinin elan edilməsi qərara alınıb. Azərbaycan tarixində birinci dəfə növbədənkənar Prezident seçkiləri təyin edilib.
Məqalədə 2003-2018-ci illər ərzində ölkə liderinin Azərbaycanın iqtisadi, siyasi, mədəni və bu kimi başqa sahələrdə apardığı uğurlu islahatların qısa xronikası ilə tanış olacağıq.
Növbədənkənar prezident seçkilərinin nəticələrinə əsasən, yüksək səs çoxluğu ilə ölkə prezidenti İlham Heydər oğlu Əliyev seçilmişdir. Xalqın etimadını, sevgisini qazanmış cənab Prezident xalqa müraciətində bu etimadı qazandığı üçün öz doğma xalqına minnətdarlığını bildirmişdir. Azərbaycan xalqının dəstəyindən güc aldığını və bu dəstəyin, xalq-iqtidar birliyinin dövlətin inkişafını şərtləndirən əsas amillərdən biri olduğu fikrini səsləndirmişdir.
Bunlar sübut edir ki, həqiqətən də, ölkə lideri əgər öz xalqının güzəranı ilə yaxından tanış olursa, öz vətəndaşlıq mövqeyini təkcə şəxsi maraqları naminə deyil, ilk növbədə, prinsipial olaraq dövlətin maraqları naminə müəyyən edirsə, güclü iqtidar-xalq birliyi formalaşmaqla yanaşı, həm də dayanıqlı inkişafa cığır açacaq əsaslı səbəblər olacaqdır.
Müraciətində Qarabağ münaqişəsinə, bununla bağlı bir addım belə geriyə atmadığımız prinsipial mövqeyimizə toxunan cənab Prezident İlham Əliyev işğal altında olan torpaqlarımızda Azərbaycan bayrağının dalğalanacağına, orada da prezident seçkilərinin keçiriləcəyinə, torpaqların bir gün mütləq tam azad ediləcəyinə dair söylədiyi fikirləri cəmi bir neçə il ərzində reallaşdırmağı bacarmışdır.
Prezident İlham Əliyevin amalı xalqın üstün tutduğu məramı ilə səsləşdiyi üçün o, iqtidar və millətin əsas məqsədinin xalqın, dövlətin dayanıqlı inkişafa yönəlməsinə uyğun hesab etmişdir.
15 il ərzində Azərbaycan Respublikası Prezidentinin yürütdüyü diplomatik siyasətin nəticəsində ölkənin beynəlxalq arenalarda söz sahibi olması, onun qüdrətli və nüfuzlu bir ölkəyə çevrilməsinə səbəb olmuşdur.
Məhz buna görə Azərbaycan Respublikası etibarlı bir tərəfdaş, beynəlxalq arenada öz mövqeyini gücləndirmiş dövlət olaraq fəaliyyət göstərir, inkişaf etmiş dünya ölkələri bizimlə hesablaşır və bu istiqamətdə fəaliyyət göstərməyə də davam edəcəkdir.
Dəyişən iqtisadi şəraitə uyğun olaraq görülən işlər nəticəsində 15 il ərzində maaş və təqaüdlər 7-8 dəfə artırılmışdır. Bu, xalqın rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin gördüyü işlər sırasında mühüm yer tutur.
15 il ərzində Azərbaycanın iqtisadiyyatı nəzərəçarpacaq dərəcədə uğurlar əldə etmişdir.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfranslarda, kütləvi sərgilərdə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəriciləri, iqtisadiyyatın sənaye, infrastruktur, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, sosial inkişaf, turizm, ekologiya, sahibkarlıq və digər sahələrinin inkişafını əks etdirən göstəricilərə geniş yer verilmişdir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ölkə iqtisadiyyatının dinamik inkişafında və uğurların qazanılmasında regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı Dövlət proqramları mühüm rol oynamışdır.
İlham Əliyevin hələ ilk prezidentliyi dövründən Azərbaycan Respublikası iqtisadiyyatda keçid dövrünü uğurla başa vurmuşdur. Bu həm də möhtərəm prezidentimiz Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi deməkdir.
2009-cu ildə keçid dövrünü yaşayan "iqtisadi Azərbaycan" onu səciyyələndirən bütün parametrlər üzrə "coğrafi Azərbaycan"ın hüdudlarından kənara çıxmışdır. Azərbaycan gəlir faizi aşağı olan ölkələr siyahısından çıxarılaraq yüksək gəlirli ölkələr siyahısına daxil edilmişdir.
Texnologiya əsrində Azərbaycan Respublikasının kosmik dövlətə çevrilməsi, ən son texnoloji yeniliklərin ölkəyə gətirilməsi və tətbiq edilməsini cənab Prezident prioritet məsələlərdən biri hesab etmişdir. Bunu təkcə bir neçə sahədə deyil, demək olar ki, bütün sahələrdə müşahidə etmək mümkündür.
Xalqın mütləq əksəriyyətinin dəstəyini qazanmış Prezident İlham Əliyev 2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkilərində 86,03 faiz səs toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
Yüksək məsuliyyət hissi uğurlu lider olmağın başqa bir ipucudur. Uğurlu liderlər məsuliyyətin gücünü dərk edirlər. Böyük öhdəliklər götürmədən böyük nailiyyətlər əldə etmək mümkün deyil. Uğurlu lider olmaq üçün məsuliyyətdən çəkinməməli, yanındakı insanlara güvən verməyi bacarmalısan. Bunu aldığı böyük risklər və öhdəliklər sayəsində, güclü iradə və xalqın dəstəyi ilə bacaran Cənab Prezident İlham Əliyev yüksək seçici kütləsi ilə, xalqın etibarını qazanması ilə sübut etmişdir. "Elin gözü tərəzidir" deyərlər. Xalq özünün mütləq inkişafını 15 il ərzində müşahidə etmişdir. Mütərəqqi görüşləri ilə xalqa xidməti, dövlətçiliyə xidməti ali amalı hesab etmiş Cənab Prezident İlham Əliyevin yüksək seçici fəallığı ilə seçilməsini şərtləndirən amillər bilavasitə xalqın arzu və istəklərinə, dövlətin milli maraqlarına cavab verməyi ilə bağlıdır. Cənab Prezidentimizin də söylədiyi kimi, xalq öz rifahına: sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermişdir. Son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir.
Prezident seçkilərinin keçirilməsi ilə bağlı beynəlxalq müşahidələr aparılmış və rəylər bildirilmişdir. Beynəlxalq müşahidəçi, Moldova parlamentinin vitse-spikeri Vladimir Vityuk bildirib ki, seçicilər öz iradələrini sərbəst surətdə ifadə edə bilirlər. O, Azərbaycan vətəndaşlarının respublikanın taleyinə olan marağının və səsvermə prosesində fəal iştirakının şahidi olduğunu, səsvermənin gedişinin prezident seçkilərinin mütəşəkkil, demokratik və şəffaf şəkildə başa çatacağını göstərdiyini bəyan etmişdir.
Majoritar seçki sisteminə uyğun olaraq xalqın 74.3%-i onun liderinin Cənab İlham Əliyev olmasına qərar vermişdir. Bu, bilavasitə xalqın iradəsini əks etdirir. Xalq öz ölkəsində radikal qüvvələrə, destruktiv yanaşmalara mütləq şəkildə "yox" deyir.
2003-2018-ci illər aralığında ölkə prezidentinin apardığı siyasi, iqtisadi, mədəni və sosial mühitin, demək olar ki, bütün sahələrinə diqqət və qayğı ilə yanaşmasını əsas götürərək bir neçə vacib məqamı vurğulamaq istərdik.
Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan reytinqdə daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşıb. Beynəlxalq aləmin ən mötəbər reytinqində Azərbaycan dünya ölkələrinin hər dördündən üçünü geridə qoyaraq MDB-də liderliyini qoruyub. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır.
Təsadüfi deyil ki, ümummilli liderin əməlləri və ideyaları ölkə Prezidenti İlham Əliyevin fəaliyyəti və gərgin əməyi nəticəsində davam etdirilir və qazanır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.
"Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir” deyərək fəaliyyətə başlayan cənab İlham Əliyev hələ 2003-cü ildə bildirdiyi bəyanata uyğun olaraq ötən 15 illik fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının layiqli Prezidenti olduğunu sübuta yetirməklə həm də dövlət və xalqı üçün müəyyən etdiyi prioritet məsələlərin həllinə dair verdiyi vədə sadiq qalmışdır.
Kapitalizm dövründə ölkənin əsas iqtisadi gəlir mənbəyi hesab olunan neft-qaz sahəsində aparılan şaxələndirmə islahatları, ixracatın artırılması və 40 milyarda yaxın sərmayənin xarici tərəfdaşlar, beynəlxalq banklar tərəfindən qoyulması ölkəmizin etibarlı mənbə rolunu oynadığını bir daha sübut edir.
Prezident İlham Əliyev 2018-ci il 11 aprel çıxışında xalq müraciət zamanı müdafiə sənayesinin, ordu quruculuğunun inkişafı ilə bağlı söylədiklərində real bir faktor öz əksini tapıb. Ordu quruculuğunun, müdafiə sahəsinə ayrılmış dövlət büdcəsinin, hazırlanmış Dövlət Proqramlarının nə qədər uğurlu olduğunu hələ 2016-cı ildə baş vermiş aprel döyüşləri zamanı xalq özü isbat etdi. Diplomatik siyasətlə yanaşı, döyüş meydanında da cənab Ali Baş Komandanın inam və etimadını doğrultmuş ordumuz işğal altında olan torpaqlarımızın bir qismini düşməndən azad etmişdir.
Cəmi 2 il sonra bu faktorun nə dərəcədə əhəmiyyətli olduğunu dəfələrlə və qətiyyətli şəkildə rəhbər-xalq birliyi nümayiş etdirdi. Azərbaycan Respublikası Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə xalq 30 ilin həsrətinə son qoydu – Qarabağımız tamamilə işğaldan azad edildi. Bütün bunlar müdafiə sənayesi, müdafiə islahatlarının hələ 90-cı illərdən bu yana əsaslı şəkildə dəyişdiyini göstərir.
Sahibkarlığın, yol və nəqliyyat infrastrukturunun, kənd təsərrüfatı, yerli istehsal sənayesinin, idxalın azaldılması və ixracatın genişləndirilməsi üzrə, həmçinin su təchizatı və idman sahəsində də görülən tədbirlər
Prezidentin uğurlu siyasətinin nəticəsidir ki, bu gün də xalq öz müqəddəratını, gələcəyini güclü lider İlham Əliyevin rəhbərliyi və öz iradəsi ilə inkişaf etdirir, bu gündən sabaha böyük ümidlərlə, inamla addımlayır. Xalq öz rəhbərinə dərin və sarsılmaz hörmətlə yanaşır və bu hörmət hissi yüksək amallar vəd edir.
Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin
direktoru Rüstəmova Gültəkin