1991-ci ildə müstəqilliyimiz yenidən bərpa olunandan sonra Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına gətirmək əsas hədəf idi. Bugün müasir Azərbaycan artıq iqtisadi inkişafına görə dünyanın ən inkişaf etmiş ölkələri ilə rəqabət aparır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev 12 yanvar tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə ölkəmizin yüksək iqtisadi inkişaf göstəricilərini dilə gətirmişdir. Bu iqtisadi naliyyətləri əldə etmək olduqca çətin olmaqla yanaşı, müharibədən yeni çıxmış bir ölkə üçün əsl uğur hesab olunmalıdır. Son dövrdə ümumi sənaye istehsalı 5 faizdən çox artıb, qeyri-neft sənayesi isə 20 faizə yaxın artıb. Bu rəqəmlər olduqca ciddi rəqəmlərdir və Azərbaycanın doğru yolda irəlilədiyini bir daha sübut edir. Bütün bunlarla yanaşı əhalinin rifahının yüksəldilməsi üçün də bir sıra tədbirlər həyata keçirilmiş, əhalinin gəlirləri artırılmışdır. Yeni ilin əvvəlindən etibarən minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb.
Torpaqlarımız düşmən işğalından azad olunduqdan sonra həmin ərazilərdə iqtisadi inkişafı təmin etmək üçün çox ciddi addımlar atılmışdır. Əkin sahələri, yararlı torpaqlar minalardan təmizlənmiş kənd təsərrüfatı məhsullarının geniş tətbiqinə başlanılmışdır. Bura həmçinin yeni yolların çəkilməsinin əhəmiyyətini qeyd edə bilərik. Artıq bizim inkişafımız bütün Azərbaycanı əhatə edir.
İkinci Qarabağ müharibəsi bizim zəfər tariximizdir, bu zəfəri bizə yaşadan şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət nümunəvi sayıla bilər. Dövlətimiz daim onları diqqət mərkəzində saxlamışdır.
Cənab İlham Əliyevin də qeyd etdiyi kimi, dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. İlin yekunlarına görə, ölkəmizdə ixrac idxalı böyük dərəcədə üstələyib, bu iqtisadi inkişafın necə hərtərəfli inkişaf etdiyini bir daha sübut edir.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə