DAŞKƏSƏN RAYONUNDA PREZİDENT ADMİNİSTRASİYASININ MƏSUL İŞÇİLƏRİ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB

DAŞKƏSƏN RAYONUNDA PREZİDENT ADMİNİSTRASİYASININ MƏSUL İŞÇİLƏRİ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB Yanvarın 16-da Prezident cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçilərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Daşkəsən rayonunda vətəndaşların qəbulunu keçiriblər.
Qəbulda 38 sakin 5 məsələ ilə bağlı müraciət edib. Müraciətlərin bir hissəsi yerində həll edilib, bir müraciət yenidən baxılması üçün götürülüb. Eyni zamanda bəzi müraciətlərə qanunamüvafiq izahatlar verilib, bəzilərinin isə operativ araşdırılması tapşırılıb.
Müraciətlər “Daşkəsən Filizsaflaşdırma” ASC-nin yenidən işə salınması, işlə təmin olunma, müalicə olunmağa köməklik və digər məsələlər barəsində olub.
Görüşdə qeyd olunub ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında yürüdülən siyasətin təməlində Azərbaycan vətəndaşı, əhalinin sosial rifah halının yaxşılaşdırılması dayanır. İmzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan əsaslı islahatlar dövlət başçısının əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamlı olduğunu göstərir.
Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə, həssas münasibətə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Elmar ƏLİYEV
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı

DAŞKƏSƏN RAYONUNDA PREZİDENT ADMİNİSTRASİYASININ MƏSUL İŞÇİLƏRİ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİBDAŞKƏSƏN RAYONUNDA PREZİDENT ADMİNİSTRASİYASININ MƏSUL İŞÇİLƏRİ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİBDAŞKƏSƏN RAYONUNDA PREZİDENT ADMİNİSTRASİYASININ MƏSUL İŞÇİLƏRİ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİBDAŞKƏSƏN RAYONUNDA PREZİDENT ADMİNİSTRASİYASININ MƏSUL İŞÇİLƏRİ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB

Oxşar xəbərlər