“Müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Təqdim olunmuş xəritənin dəqiqliyi 25 faiz təşkil edir.”
Bu fikirləri İlham Əliyev ötən günlərdə TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüş zamanı xüsusilə vurğulayıb.
Mina ilə bağlı problemlərin olduqca çox olmasına baxmayaraq işğaldan azad olunmuş torpaqlarımızda bərpa quruculuq işləri son sürətlə davam etdirilir. Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planları işlənib hazırlanması Qarabağın yenidən dirçəlməsinin dövlətin əsas prioritetinə çevrildiyindən xəbər verir. “Yaşıl enerji” prinsipi əsas götürülməklə təbiətin qorunması və yenidən canlanması da diqqətdən kənarda qalmır. Qarabağ və Şərqi Zəngəzurun bütün zonasında “yaşıl enerji” zonası və “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyaları tədbiq edilməkdədir.
Həmçinin, Qarabağın dirçəlməsi fonunda dövlətlər arası münasibətlərin tənzimlənməsini də daim diqqət mərkəzində saxlayan cənab Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik Bəyannaməsinin əhəmiyyətini şərh edərkən, iki ölkənin çoxillik münasibətlərinin müttəfiqlərin parametrlərinə cavab verdiyini vurğulamaqla uzun illər Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunduğunu bildirib. Yüksələn xətlə inkişaf edən əlaqələr məntiqi olaraq müttəfiqlik Bəyannaməsinin imzalanması ilə nəticələndi. Təsadüfi deyil ki, indiyədək Rusiya ilə Azərbaycan arasında 200-dən çox sənəd imzalanıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı suala dövlətimizin başçısı dəqiq cavab verib. Bütün dünyaya məlumdur ki, KTMT-da aparıcı rol Rusiyaya məxsusdur. Azərbaycanın isə bu təşkilatda Ermənistan istisna olmaqla, digər üzv dövlətlərlə yüksək münasibətləri var. Hər hansı beynəlxalq təşkilata üzvlük məsələsinə milli maraqlarımız kontekstində baxılır.
İkinci Qarabağ müharibəsi başa çatandan sonra regionda yeni vəziyyət yarandı. Azərbaycan Cənubi Qafqazda yeni əməkdaşlıq platformasının yaradılması təşəbbüsü ilə çıxış etdi.
Bu platformada Ermənistan da yer alır və bunun üçün ölkəmiz beynəlxalq hüquq normaları çərçivəsində Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarı kimi çıxış edir. Təəssüflər olsun ki, qarşı tərəfdən bunun qarşılığını görmür, əksinə ermənilərin Azərbaycana qarşı qərəzli münasibətlərini davam etdirdiyinin şahidi oluruq. Bunu milliyyətcə erməni olan jurnalistin Prezident İlham Əliyevə ünvanladığı sualdan da aydın görmək mümkün idi. Prezident İlham Əliyev həmin suala çox tutarlı cavab
verdi. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Ermənistandan olan komanda Avropa Oyunları kimi idman tədbirlərində iştirak etmək üçün Bakıda olublar.
Bütün bunlar Azərbaycanın əsl humanizim və tolerantlıq simvolu olduğunun bariz nümunəsidir.
80 №-li tam orta məktəbin direktoru –
Təranə Müzəffərova