Bu gün Azərbaycan Respublikasının yürütdüyü xarici siyasətin əsasında qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması prioritet amil heasab edilir. Multilateralizm, qlobal həmrəylik və beynəxlalq əməkdaşlıq bu siyasətin ana xəttini təşkil edir. Məhz bu amillər ölkəmizin ikinci Qarabağ savaşında tarixi qələbə qazanmasında əhəmiyyətli rol oynadı. Bütün bunları Azərbaycanın Qoşulmama hərəkatına hazırki sədrliyi müddətində atdığı praktik addımlar da təsdiq edir.
2021 -ci il iyun ayının 15-də Şuşada prezident İlham Əliyev və Türkiyə prezidenti Receb Tayib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi ”ni imzaladılar. Məhz bu bəyannamə qardaşlıği qədim tarixə söykənən Türkiyə ilə münasibəti müttəfiqlik səvyyəsinə yuksəltdi və Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə etdi. Azəbaycan region ölkələrindən Gürcüstan, İran ilə də münasibətləri yüksək səviyyədə tutmağa çalışır. Rəsmi Bakı hətta Ermənistanla da normallaşma prosesinin sürətlənməsində maraqlıdır. Bu gün şimal qonşumuz Rusiya ilə də münasibətlər yüksələn xətlə inkişaf etməkdədir. Rusiya nəinki regionda, hətta bütün dünyada vacib siyasi qərarların verilməsində həlledici rol oynayan ölkələrdən, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında mövcud olan dərin tarixi, mədəni, iqtisadi əlaqələr nəticəsində Rusiya bugün azərbaycanlıların ən çox yaşadığı və işlədiyi xarici ölkələrdəndir. Hazırda ölkələrimiz arasında əmtəə dövriyyəsinin həcmi artıq 3 milyard dolları aşıb və 16 faiz artıb. Məlumdur ki, Azərbaycan kənd təsərrüfatı məhsulların ixracı üçün Rusiya əsas bazarlardan biridir. Bütun vacib amillər əsas tutularaq Rusiya hökuməti ilə Azərbaycan höküməti arasında daima geniş müqavilə-hüquq bazası olmuşdur.
Ümumilikdə 245 sənəd imzalanmışdir. Lakin 2022-ci il fevralın 22-də Kremlində Prezident cənab İlham Əliyev və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə təşkil edilən görüşdə iki ölkə arasında imzalanmış Moskva bəyannaməsi qarşılıqlı münasibətləri müttəfiqlik səviyyəsinə çıxartdı. 43 bənddən ibarət olan bəyannamənin birinci bəndində qeyd olunur ki, tərəflər öz münasibətlərini müstəqilliyə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığna qarşılıqlı hörmət və bir- birinin daxili işlərinə qarışmamaq əsasında quracaqlar. Azərbaycanın maraqlarına cavab verən bu sənəd Şuşa bəyannaməsi kimi tarixi əhəmiyyətlidir və ölkəmizin ərazi bütövlüyünün və təhlükəsizliyinin qorunmasına əlavə zəmanət verir. Və bu bəyannamə xüsusilə Ermənistanın üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifdə imkanlarını məhdudlaşdırır. Lakin, bəzi maraqlı şəxslərin, siyasi qrupların sənədin mahiyyətini təhrif etməsi, onu yanlış interpretasiya etmələri yolverilməzdir. Bugün Azərbaycan Qoşulmama Hərəkatının üzvü və fəaliyyətdə olan sədridir və onun digər ölkələrlə münasibəti hec vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, regionda əhəmiyyətli nüfuz qazanmaq, habelə yaxın zamanlarda Avropa
İttifaqı ilə ikitərəfli sazişin imzalanması peşəkar diplomatiyanın təzahürüdür. Şanlı qələbədən sonrakı mərhələdə Azərbaycan siyasi metodlarla ölkəmizə daimi inkişaf üçün lazım olan dinc gələcəyi qurmaq əzmindədir və bu yolda artıq əhəmiyyətli addımlar atilmaqdadir.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Əminə Vahid