Bu il 14 sentyabr tarixində BMT baş Assambleyasının 76-cı sessiyası öz işinə başlayıb. Sessiyanın prezidenti Maldiv adalarının xarici işlər naziri Abdulla Şahid seçilib.
Bu ilki sessiyanın gündəliyində olan məsələlər: COVİD-19-dan sonra bərpa, dayanıqlılığın yenidən qurulması, planetin ehtiyaclarının cavablandırılması, iqlim dəyişikliyi, beynəlxalq sülh və təhlükəsizlik, Əfqanıstanda vəziyyət və digər önəmli məsələlərdir.
Müzakirələr çərçivəsində sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin videoformat şəklində çıxışı olub.
Prezident öz çıxışında hökümətin pandemiyanın ilk dövrlərindən əhalinin qorunması və pandemiyanın yayılmasının minimuma endirilməsi üçün gördüyü tədbirlərdən danışıb. Azərbaycanda bu ilin yanvar ayından peyvəndləmə işlərinə başlanıldığını bildirən Prezident hər 100 nəfərə düşən peyvənd dozalarının 80%-dən artıq olduğunu bildirib.
Düzgün təşkil edilmiş fəaliyyət nəticəsində ölkədə COVİD-19 virusunun təsirləri minimuma endirilib və nəticədə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya ilə mübarizədə örnək ölkə adlandırılıb.
Bütün bu tədbirlərin Azərbaycanın öz maliyyə resursları hesabına edildiyini deyən Prezident Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində Ümumdünya Səhiyyə Təçkilatına 10 milyon ABŞ dolları maliyyə dəstəyi, bir çox ölkələrə humanitar və maddi yardım, dörd ölkəyə 150 min doza vaksin göndərdiyini bildirib.
COVİD-19-dan sonra bərpa üçün məqsədyönlü qlobal addımların atılmasının vacibliyini vurğulayan İlham Əliyev BMT-nin COVİD-19-dan sonra bərpa üçün Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etmişdir.
Assambleyanın gündəliyində yer alan digər vacib məsələlərdən biri olan ilqim dəyişikliyinə toxunan Prezident Paris İqlim Sazişi çərçivəsində Azərbaycanın 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının səviyyəsində 35% azalma ilə bağlı öhdəlik götürdüyünü bildirmişdir. Azərbaycanın bərpa olunan enerji istehsalında artım müşahidə edilir. 2030-cu ilə qədər ümumi enerji istehsalında bərpa olunan enerjinin payının 30%-ə qaldırılacağını deyən Prezident işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Yaşıl Enerji Zonası elan edildiyini qeyd edib.
2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş verən 44 günlük müharibədən danışan İlham Əliyev Azərbaycanın işğal altında qalan torpaqlarında işğalçı rejimin törətdiyi ekoloji terrora xüsusi diqqət yetirməyin vacibliyindən danışıb. Bütün fəsadların aradan qaldırılması üçün bu zonada böyük həcmdə yenidən qurma işlərinə start verilmiş, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarını tətbiq edərək, dağıdılmış şəhər və kəndlərin yerində sıfırdan yenidən bərpa işləri həyata keçirilir.
Prezident münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sülh sazişi üçün danışıqlara hazır olduğunu bildirib. Yalnız belə bir saziş nəticəsində regionda sülh və
əməkdaşlıq yaradıla bilər. Təəssüflər olsun ki, hələ də Ermənistandan müsbət reaksiya gəlmir.
Beynəlxalq ictimaiyyət bu baxımdan Ermənistana çağırış etməli və sülhün labüdlülüyünü vurğulamalıdır.
İlham Əliyev öz çıxışını bu cümlələrlə bitirmişdir: “Ümid edirik ki, çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cənubi Qafqazda bərpa olunacaq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl rəylərini davam etdirəcəkdir.”
Ramana qəsəbəsi, 90 saylı tam orta məktəbin
coğrafiya müəllimi Ramilə Məmmədova