DAŞKƏSƏNDƏ YAP RAYON TƏŞKİLATININ FƏALLARINDAN İBARƏT YERLƏRDƏ DƏSTƏK QRUPLARININ YARADILMASI İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLİB

DAŞKƏSƏNDƏ YAP RAYON TƏŞKİLATININ FƏALLARINDAN İBARƏT YERLƏRDƏ DƏSTƏK QRUPLARININ YARADILMASI İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLİB YAP Daşkəsən rayon təşkilatının yeni qərargah binasının iclas zalında Yeni Azərbaycan Partiyasının Lideri, Prezident cənab İlham Əliyevə və Milli Ordumuza YAP rayon təşkilatının fəallarından ibarət yerlərdə dəstək qruplarının yaradılması ilə bağlı müşavirə keçirilib. Müşavirədə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev, YAP rayon təşkilatının İdarə Heyətinin üzvləri və partiya fəalları iştirak ediblər.
Müşavirə zamanı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolyasiya qaydalarına riayət edilib.
Müşavirəni Əhəd Abıyev giriş nitqi ilə açıb. O, çıxışında vurğulayıb: “Möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Daşkəsən rayonunda sabitlik olmaqla ölkənin bütün sahələrində olduğu kimi rayonumuz da özünün inkişaf dövrünü yaşayır. Belə uğurlarla yanaşı çox təəssüf ki, ölkədəki inkişafa, sabitliyə məkrli niyyətləri ilə maneçilik törədib iqtidara qarşı təxribatyönümülü şayiələr yaymaqla qarşıdurma yaratmaq istəyən bəzi ünsürlər vardır. Belə şərəfsiz hərəkətlər edənlərə qarşı YAP fəalları və rayon ictimaiyyəti barışmaz mübarizə aparmaqla, tədbirlər görəcəkdir. Bildiyiniz kimi Daşkəsən rayonunun ermənilərlə həmsərhəd olan cəbhə bölgəsinə yaxın ərazilərində təhlükəsizliyin, asayişin qorunması xüsusilə vacib olmaqla, rayon ərazisində qanunazidd hərəkətlər yolverilməzdir”.
Çıxışının sonunda Əhəd Abıyev deyib: “Daşkəsənlilər hər zaman Ulu Öndər Heydər Əliyevin ideyalarına və bu ideyaları bu gün yaradıcılıqla yüksək səviyyədə davam etdirən Prezident cənab İlham Əliyevin siyasətinə sonsuz inam, sədaqət nümayiş etdirirlər. Biz, daşkəsənlilər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin koronavirus pandemiyasının dünyanı cənginə aldığı bugünkü ağır şəraitdə də ölkəmizin inkişafı naminə bütün sahələrdə, o cümlədən Dağlıq Qarabağ probleminin həlli istiqamətində apardığı uğurlu siyasətini və diplomatiyasını hamılıqla dəstəkləyirik ”.
Daha sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev çıxış edərək YAP Mərkəzi Aparatından verilən tapşırıqların icrası ilə bağlı təşkilati məsələləri diqqətə çatdırıb. Bildirib ki, Prezident cənab İlham Əliyevin siyasətinə və Milli Ordumuza dəstəklə bağlı Daşkəsən rayonunun bütün yaşayış məntəqələrindən olan YAP partiya fəalından ibarət qruplar təşkil edilib, gündəlik görüləcək işlər təhlil ediləcəkdir.

Elmar Əliyev – VÜQARLI

Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humaitar məsələlər şöbəsinin müdir müavini

Oxşar xəbərlər